İİTKM-də Naftalan neftinin tanıdılması üzrə Tədbirlər Proqramına dair görüş keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “2026–2029-cu illər üçün Naftalan neftinin və ondan hazırlanan preparatların müalicəvi təsirinin beynəlxalq miqyasda tanıdılmasını təmin etmək məqsədilə yeni tibbi araşdırmaların aparılması və sözügedən məhsulların tibbi məqsədlərlə daha geniş tətbiqinə dair Tədbirlər Proqramı”nın icrası çərçivəsində 2026-cı il üzrə tədbirlərin indikativ planlaşdırılması məqsədilə görüş keçirilib. Görüşdə Proqram üzrə icraçı 12 qurumun nümayəndəsi iştirak edib.
İİTKM-in Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Orxan Sadıqov Tədbirlər Proqramının Naftalan neftinin beynəlxalq miqyasda tanıdılması baxımından əhəmiyyətini vurğulayaraq nəzərdə tutulan layihələr üzrə qurumlar tərəfindən cari və növbəti illər üçün hədəf göstəricilərinin operativ şəkildə müəyyənləşdirilməsinin vacibliyini qeyd edib və Mərkəzin bu istiqamətdə zəruri metodoloji dəstək göstərməyə hazır olduğunu bildirib.
Mərkəzin Sosial-iqtisadi proqramların monitorinqi sektorunun müdiri Gültac Əhmədzadə-Tapdıqzadə Proqram çərçivəsində nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinq və qiymətləndirilməsinin təmin edilməsi məqsədilə Mərkəz tərəfindən yaradılan “Vahid Elektron Hesabatlılıq Portalı” barədə məlumat verib, həmçinin Tədbirlər Proqramı üzrə layihələrin idarə edilməsi mexanizmləri haqqında danışıb.
Sonra Sosial-iqtisadi proqramların monitorinqi sektorunun əməkdaşı Sevinc Cabbarova indikator cədvəllərinin formalaşdırılması, kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyən edilməsi üzrə tətbiq edilən yanaşmalar barədə təqdimatla çıxış edib.
Görüşdə icraçı qurumların nümayəndələri ilə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər üzrə əsas istiqamətlər müzakirə olunub, proseslə bağlı ünvanlanan suallar cavablandırılıb.
Qeyd edək ki, Nazirlər Kabinetinin Sərəncamına əsasən, Tədbirlər Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi Səhiyyə Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçiriləcək.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib