İİTKM-də Milli Məclisin deputatı Vüqar Rəhimzadə ilə könüllülərin görüşü keçirilib
“İslahat Könüllüləri” Təşkilatının təşəbbüsü ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Azərbaycan milli mətbuatının 150 illik yubileyi çərçivəsində Milli Məclisin deputatı, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə ilə görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn ictimai-siyasi xadimlərlə gənclər arasında keçirilən və silsilə xarakteri daşıyan görüşlərin əhəmiyyətini vurğulayıb, yeni nəslin vətənpərvər ruhda tərbiyəsinin vacibliyini qeyd edib.
Daha sonra çıxış edən Vüqar Rəhimzadə 14 iyul 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycanın inkişaf tarixində başlanmış yeni mərhələdən söz açıb. O vurğulayıb ki, həmin tarix yalnız siyasi deyil, həm də ideoloji, mədəni və informasiya sahəsində bir dirçəliş dövrünün başlanğıcı olub.
Millət vəkili daha sonra milli mətbuatın yaranmasından bu günə qədər keçdiyi 150 illik zəngin tarixi yol barədə geniş məlumat verib. Bildirib ki, Həsən bəy Zərdabidən başlayan bu yolda mətbuatımız təkcə informasiya vasitəsi yox, həm də maarif, vətənpərvərlik, milli dəyərlər və ictimai məsuliyyət tribunası kimi çıxış edib. O, mətbuatın maarifləndirici gücünü, sözün cəmiyyətə təsirini və medianın ictimai şüurun formalaşmasında oynadığı rolu vurğulayıb.
Səmimi və interaktiv keçən görüşdə Vüqar Rəhimzadə gənclərin suallarını cavablandırıb, onları daim öyrənməyə, araşdırmağa, yazmağa və milli dəyərləri yaşatmağa çağırıb.
Tədbirdə “İslahat könüllüləri” ilə yanaşı, "Turizm Könüllüləri" İctimai Birliyi,"KOBİA" İctimai Birliyi, "Könüllü Gömrükçü" dəstəsi,"Gənc Könüllülər" İctimai Birliyinin üzvləri iştirak ediblər.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib