İİTKM – də “Maliyyə Proqramlaşdırılması” mövzusunda seminar keçirilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) təcrübəli maliyyə eksperti Benedikt Braumanın iştirakı ilə “Maliyyə Proqramlaşdırılması” mövzusunda seminar keçirilib. Təlimin əsas məqsədi İİTKM-də makro-iqtisadi təhlil və proqnozlaşdırma sahəsində institusional potensialın gücləndirilməsi və Beynəlxalq Valyuta Fondunun “Maliyyə Proqramlaşdırılması (Financial Programming - FP)” modelinin qurulması ilə bağlı aktiv müzakirələrin aparılmasıdır. Proqram çərçivəsində real, fiskal, monetar və xarici sektorların diaqnostikası aparılmaqla Ümumi Daxili Məhsulun artımı, inflyasiya, maliyyə ehtiyatları və neft fondundan transfertlərə dair orta və uzun müddətli proqnozların işlənib hazırlanması da müzakirələrin əsas istiqaməti olub.
Qeyd edək ki, SECO-nun nümayəndəsi Benedikt Brauman buna qədər bir neçə dəfə bu mövzuda təqdimatlar həyata keçirib. 5 günlük təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Hazırda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində ümumi tarazlıq modeli, mikrosimulyasiya modeli və maliyyə proqramlaşdırılması da daxil olmaqla güclü ekonometrik laboratoriya formalaşıb.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi” kimi: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır