İİTKM-də İsrail səfirliyinin nümayəndələri ilə görüş keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı İsrailin Azərbaycandakı səfirinin müavini Doron Peer və Səfirliyin iqtisadiyyat və ticarət məsələləri üzrə müşavirini qəbul edib.
V.Qasımlı qonaqlara “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və Mərkəzin koordinatoru olduğu digər layihələr barədə məlumatlar təqdim edib.
V.Qasımlı Azərbaycanda rəqəmsal iqtisadiyyat və innovasiya sahəsində olan yeniliklərdən danışıb. O, xüsusilə də startapların inkişaf etdirilməsində vacib olan bilik və təcrübənin artırılması istiqamətində aparıcı ölkə olan İsrail ilə əməkdaşlığın əhəmiyyətini qeyd edib. Daha sonra bu yenilikləri özündə ehtiva edən və İİTKM-in operatoru olduğu Azexport.az (https://azexport.az/) portalı və EnterpriseAzerbaijan (https://enterpriseazerbaijan.gov.az/) portalları kimi rəqəmsal portallar və makro-iqtisadi təhlil üzrə tətbiq olunan modellər barədə təqdimatlar edilib.
İsrailin Azərbaycandakı səfirinin müavini Doron Peer isə layihələr barədə məmnunluğunu bildirib və ölkəsinin bir çox sahələr üzrə Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu qeyd edib. O, həmçinin iqtisadiyyat, ticarət və innovasiya sahəsində olan yeni layihələr barədə məlumat verib.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib