İİTKM-də İqtisadi-riyazi üsulların tətbiqi və əhəmiyyəti müzakirə olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “İqtisadi islahatlar: İqtisadi-riyazi üsulların tətbiqi və əhəmiyyəti” mövzusunda dəyirmi masa keçirilib.
İİTKM-in icraçi direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı açılış nitqində ölkədə fəaliyyət göstərən tədqiqat mərkəzlərinin yüksək səviyyəli elm xadimləri ilə iqtisadi təhlil və modelləşdirmə üzrə fikir və təcrübə mübadiləsini olduqca əhəmiyyətli hesab edib.
Ölkədə beyin mərkəzləri tərəfindən işlənib hazırlanan və iqtisadi prosesləri hərtərəfli özündə təsvir edə bilən müxtəlif iqtisadi riyazi təhlil metodlarından istifadə imkanları və onların tətbiqi nəticəsində əldə olunan nəticələr barəsində geniş fikir mübadiləsi aparılıb. O da qeyd edilib ki, hazırda dünyada baş verən geosiyasi və iqtisadi prosseslər daha təkmil və mütərəqqi iqtisadi təhlil metodlarından istifadəni labüd edir. İqtisadi təhlillərin nəticələrinin iqtisadi siyasətin istiqamətlərinin formalaşdırılmasında, eləcə də daha optimal qərarqəbuletməyə təsirləri barəsində danışılıb. Beynəlxalq təcrübəyə əsaslanaraq ölkədə fəaliyyət göstərən beyin mərkəzlərinin gələcəkdə effektiv və koordinasiyalı şəkildə əməkdaşlığa cəlb olunma yolları müzakirə olunub və birgə fəaliyyətlər müəyyən edilib, eləcə də bu istiqamətdə mütəmadi dəyirmi masaların keçirilməsi tövsiyə olunub.
“İqtisadi islahatlar: İqtisadi-riyazi üsulların tətbiqi və əhəmiyyəti” mövzusunda elmi müzakirə iki sessiyadan ibarət olub.
“Tədqiqat mərkəzləri tərəfindən aparılan təhlillərin iqtisadi siyasətə tətbiqi necə təmin edilir? İqtisadi inkişafın təhlili üzrə tədqiqat modelləri: İqtisadi siyasətə aid nəzəriyyə və praktika nümunələri” mövzusunda müzakirədə İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru Yadulla Həsənli, AMEA Kibernetika İnstitutunda laboratoriya rəhbəri Qorxmaz İmanov, KTN yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin MBA direktoru Rafik Əliyev, AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri Akif Musayev, Mərkəzi Bankın Tədqiqatlar departamentinin direktoru Asif Qasımov, İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktor müavini Arzu Hüseynova, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Rəşad Hüseynov təqdimatla çıxışlar ediblər.
Daha sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji Təhlil və Planlaşdırma meneceri Vüsalə Cəfərova “ Beynəlxalq təcrübədə hökumətin beyin mərkəzləri iqtisadi təhlil və proqnozlaşdırma sahəsində necə əməkdaşlıq edirlər?” mövzusunda danışıb.
Sonda elm adamlarını maraqlandıran suallar cavablandırılıb.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib