İİTKM-də etik davranış qaydaları müzakirə olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin əməkdaşlarının iştirakı ilə etik davranış qaydaları müzakirə olunub. Tədbirdə çıxış edən edən icraçı direktorun müavini Ramil Hüseyn bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə “Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq olunub və bu planda dövlət qurumları tərəfindən etik davranış məsələləri ilə bağlı maarifləndirmə işlərinin aparılması, etik davranış qaydalarının pozulması halları və buna görə tətbiq edilən intizam tənbehi tədbirləri barədə illik hesabatların hazırlanması məsələsi əksini tapıb.
O qeyd edib ki, bu çərçivədə İİTKM-in insan resursları üzrə meneceri Mətanət Rəsulova tərəfindən “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin etik davranış qaydaları”nın layihəsi hazırlanıb və müzakirəyə təqdim olunub. Hazrlanmış layihə barədə əməkdaşlara ətraflı məlumat verən M.Rəsulova mövzu ilə bağlı sualları da cavablandırıb.
Daha sonra çıxış edən İİTKM-in əməkdaşları layihə barədə təkliflərini səsləndiriblər. Sonda layihənin müzakirədə qeyd edilən rəy və təkliflər nəzərə alınmaqla təkmiləşdirilməsi və bundan sonra təsdiq üçün rəhbərliyə təqdim olunması qərara alınıb.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib