İİTKM-də Estoniyalı ekspertlərlə dövlət idarəetməsində kibertəhlükəsizliklə bağlı müzakirə aparılıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Estoniyanın kibertəhlükəsizlik üzrə nümayəndə heyəti ilə görüşüb. Müzakirədə Estoniyanın “CybExer Technologies” şirkətinin həmtəsisçisi Lauri Alman, “ByteLife Solutions” şirkətinin baş icraçı direktoru Yanek Gridin, “CybExer Academy/RiskSight”ın baş əməliyyat direktoru Markus Münzer və “B.EST Solutions” şirkətinin təsisçisi Yana Krimpe iştirak edib.
İİTKM-in icraçı direktoru Vüsal Qasımlı Mərkəzin fəaliyyəti və operatoru olduğu rəqəmsal layihələr barədə məlumat verib.
Görüş zamanı Azərbaycanda kibertəhlükəsizlik sahəsində məlumatlılığın artırılması, müxtəlif idrəetmə orqanlarında rəhbər şəxslərin bu sahədə savadlılığının daha da inkişaf etdirilməsi, dövlət idarəetməsində və dövlət strategiyalarının hazırlanmasında kibertəhlükəsizliyi nəzərə alan simulyatorlardan istifadə imkanlarından danışılıb. Eyni zamanda, "Kibergigiyena" platforması (https://kibergigiyena.az/), onun əhəmiyyəti, istifadəsi və idarə edilməsi kimi məsələlər barədə də məlumat verilib.
Görüşdə kibertəhlükəsizlik sahəsində İİTKM ilə qarşılıqlı əməkdaşlıq imkanları da dəyərləndirilib.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib