İİTKM-də elektrik təchizatı şəbəkələrinə qoşulma ilə bağlı islahatlar müzakirə olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması üzrə sahibkarlıq subyektlərinin elektrik təchizatı şəbəkələrinə qoşulması sahəsində islahatlarla bağlı 2019-cu ilin ikinci yarımilliyi üçün İcra və Kommunikasiya Planı müzakirə olunub. Plana uyğun icraçı qurumlarla birlikdə görülən işlərin təhlili aparılıb, eyni zamanda bu ilin sonunadək fəaliyyətlərə nəzər yetirilib. Bildirilib ki, Plan üzrə elektrik şəbəkəsinə qoşulma üzrə yeni rəqəmsal elektron xidmətdən sahibkarlar məmnundur, həmçinin bu təcrübənin beynəlxalq və yerli səviyyədə tanıdılması, xidmətin təkmilləşdirilməsi və imkanlarının daha da genişləndirilməsi vacibdir.
İİTKM-in icraçı direktoru Vüsal Qasımlı bildirib ki, ikinci yarım il ərzində ilk altı ayda tətbiq olunan yeni elektron xidmətin nəticələrinin təhlilinin aparılması, həmin xidmətin tətbiqinə başlanıldığı dövrdən elektrik şəbəkəsinə ümumi qoşulan sahibkarlıq subyektlərinə münasibətdə rəqəmsal qoşulanların xüsusi çəkisinin və bu sahədə mövcud vəziyyətin qiymətləndirilməsi, nəticələri üzrə təkliflərin verilməsi həyata keçiriləcək. Onun sözlərinə əsasən, 2019-cu ilin birinci yarımilliyi üzrə yeni elektron xidmətin proqram təminatının istifadəsi zamanı yaranan çağırışlar üzrə tədbirlər icraçı qurumlarla birlikdə həyata keçiriləcək.
Müzakirə zamanı bildirilib ki, Plan üzrə aidiyyəti qurumların məsul şəxsləri yeni elektron xidmətin əsas xüsusiyyətləri və ötən dövrdə əldə olunan təcrübələr mövzusunda təqdimatlar hazırlayacaq. Görülən işlərin nəticələrinin qiymətləndirilməsi üçün seminar və treninqlər təşkil ediləcək. Bundan başqa elektrik şəbəkəsinə qoşulma sahəsində aparılmış islahatlar barədə sahibkarlıq subyektlərinin daha geniş məlumatlandırılması üçün onları təmsil edən ictimai birliklər və biznes assosiasiyalarının və müvafiq koordinatorların siyahısı tərtib olunacaq və görüşlər keçiriləcək
Həmçinin 2019-cu ilin birinci yarımilliyində yeni elektron xidmətə dair sahibkarlıq subyektləri üçün aparılan təlim və görüşlərin nəticələrinin təhlil olunması, bu sahədə məlumatların daha uyğun formada operativ çatdırılması və kommunikasiyanın daha da təkmilləşdirilməsi məqsədilə aparıcı konsaltinq şirkətləri, beynəlxalq və yerli qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və digər media qurumları ilə birgə tədbirlər görüləcək.
Qeyd edək ki, sahibkarlıq subyektlərinin elektrik təchizatı şəbəkələrinə qoşulması sahəsində islahatlarla bağlı müzakirəsinə Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, “Azərişıq” ASC, “Azərenerji” ASC, Tarif (qiymət) Şurası, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, “Ekvita” şirkəti, “BM Morrison Partners” şirkəti və "Bakı Hüquq Mərkəzi" şirkətinin nümayəndələri qatılıb.







Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu