İİTKM-də Dünya Bankının nümayəndələri ilə görüş keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Dünya Bankının nümayəndələri ilə görüş keçirilib.
Görüşdə İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn, departament rəhbəri Vüsalə Cəfərova və EnterpriseAzerbaijan.com portalının rəhbəri Mətanət Musayeva, həmçinin Dünya Bankının özəl sektor üzrə baş mütəxəssisi İfeyinva Onugha və Dünya Bankının maliyyə və özəl sektor üzrə baş mütəxəssisi Ramil Məhərrəmli iştirak ediblər.
Görüşdə İİTKM-in əsas fəaliyyət istiqamətləri, eləcə də Dünya Bankının Azərbaycanda innovasiya və startap ekosisteminin vəziyyəti ilə bağlı hesabatı müzakirə olunub.
Eyni zamanda, innovasiya və startap sahəsində Azərbaycanın çoxtərəfli və dinamik inkişaf edən əməkdaşlığı, bu sahədəki ekosisteminin müasir vəziyyəti və burda EnterpriseAzerbaijan.com portalının yeri və rolu, portalın yenilənmiş iş prinsipləri, “StratUp School” layihəsi, inovasiya və startaplara həsr olunan dərsliyin yazılması və İnkubasiya Mərkəzinin inkişaf perspektivləri müzakirə olunub.
Qonaqlar, həmçinin EnterpriseAzerbaijan portalının İnkubasiya və Akselerasiya akvariumunda və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinda olublar.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib