30 noyabr 2022, 11:22

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Dünya Bankının nümayəndələri ilə görüş keçirilib.

Görüşdə İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn, departament rəhbəri Vüsalə Cəfərova və EnterpriseAzerbaijan.com portalının rəhbəri Mətanət Musayeva, həmçinin Dünya Bankının özəl sektor üzrə baş mütəxəssisi İfeyinva Onugha və Dünya Bankının maliyyə və özəl sektor üzrə baş mütəxəssisi Ramil Məhərrəmli iştirak ediblər.

Görüşdə İİTKM-in əsas fəaliyyət istiqamətləri, eləcə də Dünya Bankının Azərbaycanda innovasiya və startap ekosisteminin vəziyyəti ilə bağlı hesabatı müzakirə olunub.

Eyni zamanda, innovasiya və startap sahəsində Azərbaycanın çoxtərəfli və dinamik inkişaf edən əməkdaşlığı, bu sahədəki ekosisteminin müasir vəziyyəti və burda EnterpriseAzerbaijan.com portalının yeri və rolu,  portalın yenilənmiş iş prinsipləri, “StratUp School” layihəsi, inovasiya və startaplara həsr olunan dərsliyin yazılması və İnkubasiya Mərkəzinin inkişaf perspektivləri müzakirə olunub.

Qonaqlar, həmçinin EnterpriseAzerbaijan portalının İnkubasiya və Akselerasiya akvariumunda və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinda olublar.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az