İİTKM-də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı rəhbəri ilə müzakirə aparılıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Prof. Dr. Vüsal Qasımlı BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Nasar Hayatı və onun müavini Bariz Mehdiyevi qəbul edib.
Görüş zamanı V.Qasımlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyəti barədə qonağı məlumatlandırıb. Bildirib ki, Mərkəz “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”, “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” daxil olmaqla bir çox mühüm strategiya və dövlət proqramlarının monitorinq və qiymətləndirməsini aparır. V.Qasımlı monitorinq və qiymətləndirmə portallarında elektron hesabatlılıq və coğrafi təsnifatlandırmaya dair məlumatlandırmanın əksini tapdığını vurğulayaraq “Layihə idarəetməsi” modulu üzrə təqdimatla çıxış edilib.
Nasar Hayat FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin son illərdə ölkəmizdə həyata keçirdiyi layihələr barədə məlumat verib və İİTKM ilə əməkdaşlığın dərinləşdirilməsini arzuladıqlarını qeyd edib. O, vurğulayıb ki, İİTKM-in strategiya və dövlət proqramlarının monitorinq və qiymətləndirməsi prosesində əldə etdiyi nailiyyətlər təmsil etdiyi qurumu da maraqlandırır və bu sahədə də təcrübə mübadiləsi zəruridir.
Görüşün sonunda tərəflər bilik mübadiləsi və əməkdaşlığın artırılması istiqamətində birgə fəaliyyət barədə razılığa gəliblər.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf