İİTKM-də Beynəlxalq Yay Arbitraj Məktəbinin mühazirəçiləri ilə görüş olub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova Türkiyənin İbn Haldun Universitetinin professoru Ömer Faruk Kafalı, Böyük Britaniyanın Durham Universitetinin Beynəlxalq Münaqişələrin Həlli İnstitutunun direktor müavini Dr. Can Eken və Böyük Britaniyanın Siti Universitetinin hüquq elmlər üzrə doktoru Doğan Gültutan ilə görüş keçirib. Qonaqlar Türk Dövlətləri Təşkilatının (TDT) dəstəyi ilə Bakıda keçirilən 2-ci Beynəlxalq Yay Arbitraj Məktəbinin mühazirəçiləri qismində Azərbayacana səfər ediblər.
Görüş zamanı V. Cəfərova Türk dünyasında iqtisadi inteqrasiya proseslərinin artırılması, “Türk Dünyası 2040 Vizyonu” hədəflərinə nail olunması, Orta Dəhlizin inkişaf etdirilməsi və transsərhəd ticarətin asanlaşdırılması istiqamətində Azərbaycanın həyata keçirdiyi fəaliyyətlər və gələcək perspektivlər barədə qonaqlara məlumat verib. Eyni zamanda Türk dövlətləri arasında ticarət və investisiya həcminin artırılması məqsədilə, ölkələrin potensialının müəyyən edilməsi və regiona daha çox investisiya cəlb etməsi üçün hüquqi mühitin təkmilləşdirilməsi sahəsində universitetlər və akademik dairələr arasında birgə əməkdaşlığın aparılmasının əhəmiyyətini qeyd edib.
Görüşdə iştirak edən universitet nümayəndələri Türk dövlətlərində investisiyaları tənzimləyən mövcud hüquqi bazanın təhlili, investorların üzləşdiyi ümumi hüquqi maneələr və çətinliklərin müəyyən edilməsi və Türk dövlətləri arasında investisiya qanunları və qaydalarının uyğunlaşdırılması sahəsində təkliflərin hazırlanması ilə bağlı fikirlər səsləndirib. Eyni zamanda qlobal investisiya mərkəzlərinin ən yaxşı təcrübələrindən istifadə edərək daha cəlbedici investisiya mühiti yaratmaq təşəbbüslərini dəstəkləmək üçün İİTKM-lə davamlı əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.
Görüşün sonunda Vüsalə Cəfərova qonaqlara TDT-nı təmsil edən ölkələrin beyin mərkəzləri ilə birlikdə hazırlanan “Türk dövlətləri iqtisadiyyatı” kitabını təqdim edib.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib