İİTKM-də Beynəlxalq Valyuta Fondunun təlimi başa çatıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Beynəlxalq Valyuta Fondunun (BVF) dövlət qurumlarının nümayəndələrinə keçdiyi təlim proqramı başa çatıb.
“Makroiqtisadi təhlil/Maliyyə proqramlaşdırması və siyasətləri” adlı təlim proqramını 10 dövlət qurumundan 25 nümayəndə uğurla tamamlayıb.
Bağlanış mərasimində çıxış edən BVF-nin Qafqaz, Mərkəzi Asiya və Monqolustan Regional Bacarıqların İnkişafı Mərkəzinin (CCAMTAC) direktoru Norbert Funke bildirib ki, bir həftə ərzində iştirakçılar həm nəzəri, həm praktiki biliklər əldə ediblər. Bu biliklər onların fəaliyyəti dövründə ardıcıl makroiqtisadi proqnozların işlənib hazırlanmasında, iqtisadi problemlərin diaqnostikasında, həll yollarının variantlarının araşdırılmasında və iqtisadi siyasətin formalaşdırılmasında əhəmiyyətli rol oynayacaq.
Norbert Funke ilə yanaşı, BVF-nin iqtisadçıları Nurdaulet Abilov və Aliyə Uskenbayeva tərəfindən ayrı-ayrı qruplar üzrə keçirilən təlim proqramında real sektorun təhlili, iqtisadiyyatda tələb və təklifin təhlili, inflyasiya, qiymət deflyatorları, tədiyyə balansı, fiskal və monetar sektorların təhlili, sektorlararası əlaqələr və proqnozlaşdırma metodları tədris olunub.
Təlimdə İqtisadiyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Statistika Komitəsi, Mərkəzi Bank, Dövlət Neft Şirkəti, Dövlət Neft Fondu, Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələri iştirak ediblər. Bağlanış mərasimində iştirakçılara sertifikatlar təqdim olunub. Sonda xatirə fotosu çəkilib.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib