İİTKM Azərbaycan Dövlət Pedaqoji Universitetində ictimai mühazirə keçirib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər” mövzusunda növbəti ictimai mühazirəni Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirib. İctimai mühazirənin açılışını Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərov edib. O rəhbərlik etdiyi universitetdə belə bir mövzuda mühazirənin təşkil edilməsinin çox önəmli olduğunu bildirib. Əlavə edib ki, bu kimi tədris müəssisələri ölkədə aparılan islahat prosesinə yüksək səviyyədə, beynəlxalq standartlara uyğun kadr potensialının hazırlığını təmin etməklə öz töhfəsini verə bilər. “ADPU-da təhsilin keyfiyyət göstəriciləri yüksəlməlidir. ADPU-nun ölkədəki ictimai nüfuzu, imici gücləndirilməlidir. Biz xarici əlaqələrimizi genişləndirməli, beynəlxalq proqram və layihələrdə fəal iştirak etməli, innovativ təşəbbüslərlə çıxış etməliyik. ADPU-nun fəaliyyətini müasir tələblərə uyğun qurmalı, universitetimizi ölkəmizin, eləcə də regionun qabaqcıl universitetinə çevirməliyik. Çünki ölkədə dərin biliyə, savada, geniş dünyagörüşünə malik nümunəvi müəllimlərin olması vacibdir”
Daha sonra Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər” mövzusunda ictimai mühazirəni təqdim edib. Vüsal Qasımlı qeyd edib ki, universitetlərdə belə görüşlərin təşkil olunmasında məqsəd, iqtisadi islahatlarla bağlı maarifləndirmə işlərini həyata keçirmək, professor-müəllim və tələbələrin islahatlarla bağlı fikirlərini öyrənməkdən ibarətdir. “Müşahidələr onu göstərir ki, belə görüşlərdə universitet kollektivləri çox böyük həvəslə iştirak edirlər. Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi artıq mindən çox heyətlə belə müzakirələr aparıb. Bununla bir tərəfdən maarifləndirmə işi aparılır, digər tərəfdən isə islahatlar barədə daha çox məlumatlılığın olması təmin edilir. Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetində təşkil olunan mühazirənin əhəmiyyəti ondan ibarətdir ki, bu günün tələbəsi sabah müəllim olacaq və həmin müəllimlər Azərbaycandaki islahatların uğuru ilə bağlı öz şagird və tələbələrinə Azərbaycandakı iqtisadi islahatlarla bağlı öz uğurunu çatdıracaq.”
Qeyd edək ki, ictimai mühazirədə 400 nəfər professor-müəllim və tələbə heyəti iştirak edib. Mühazirədən sonra universitetin müxtəlif kafedralardan ibarət professor müəllim heyəti aktiv olaraq, onları maraqlandıran suallar ünvanlayıblar.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf