İdxal və ixrac rüsumlarında dəyişikliklər qeyri-neft məhsullarının təklifində canlanma yaradacaq
Azərbaycanda Nazirlər Kabinetinin “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə dəyişiklik edilməsi qeyri-neft sektorunda istehsal həcminin artırılması, yerli və milli məhsulların həm daxili bazarda, həm də xarici bazarda rəqabətqabiliyyətli olmasına səbəb olacaqdır. Nazirlər Kabinetinin qərarında xammalların nomenklatura kodlarının tərkib hissəsinə baxdıqda müəyyən olunur ki, ölkəmizin ağır sənayesi, o cümlədən qida sənayesinin son məhsul buraxılışının daha da artırılmasına hesablanıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə bildirir ki, qərar Azərbaycanda hazırda istehsal olunmayan və yaxın gələcəkdə də gözlənilməyən xammallara yanaşmanı özündə tərənnüm edir: “Ölkəmizin qeyri-neft sənayesi son illər dinamik sürətlə artım statistikasına malikdir. Prezident İlham Əliyevin mətbuat nümayəndələri ilə görüşündə qeyd etdiyi məqamlarda, ixracın artımına mane olan səbəb kimi, daxili istehlakın artmasını xüsusi vurğulayıb. Təbii ki, bu əhalinin alıcılıq qabiliyyətinin artması, məşğulluğun artırılması ilə əlaqədar olaraq yaxşı xəbərdir. Amma ölkəmizin qeyri-neft sektoru xətti ilə yaranacaq valyuta artımına xüsusi ehtiyac var. Xarici valyuta maktoiqtisadi sabitlik üçün əsas zəminlərdən biridir. Bu baxımdan, idxal rüsumunun 15%-dən 0%-ə endirilməsi, bu xammalardan istifadə edən 500 müəssisənin istehsal həcmini artıracaq, son nəticədə ixrac həcminin yüksəlməsinə dəstək olacaqdır.”
N. Hacızadənin sözlərinə görə, qərarın ixracla bağlı olan hissəsində ferroərintilər üçün ixrac rüsumun 5%-dən 0%-ə endirilməsi ölkədə yenicə istehsala başlayan müəssisələr üçün əlavə imkan yaradacaq. Rüsumun bu vaxta qədər tətbiq edilməsi daxili bazarda tələbatın çox olması ilə əlaqədardır. Artıq 2018-ci ildə Sumqayıt Kimya Sənayesi Parkında açılışı olan ferroərintilər zavodunun tam gücü var ki, xarici bazarlarda təmin etsin.
Qeyd edək ki, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ə dəyişikliklə bağlı qərarda qeyd edilən 500 müəssisə ölkəmizin qeyri-neft sənayesində əsas istehsal gücünə və ixrac potensialına malik olduğundan, son dəyişikliklər 2020-ci ilin qeyri-neft ixracında 2019-cu illə nisbətdə artıma səbəb olacaqdır.








Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf