“Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı”nın icrası ilə bağlı görüş keçirilib
“Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı”nın növbəti il üzrə hədəf göstəricilərinin dəqiqləşdirilməsinə dair onlayn görüş keçirilib. Görüşdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Orxan Sadiqov, Səmərəliliyin qiymətləndirilməsi sektorunun müdiri Arzu Suleymanov, şöbənin digər əməkdaşları və Tədbirlər Planında qeyd edilmiş əsas icraçı qurumların nümayəndələri iştirak ediblər.
Tədbirlər Planında nəzərdə tutulan indikatorlar üzrə icraçı qurumlar tərəfindən həyata keçirilən koordinasiyalı fəaliyyət hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə və sərnişinlərin, yükün, baqajın, poçtun və bort ehtiyatlarının (qidalarının) daşınmasının sadələşdirilməsinə xidmət edir. Görüş zamanı Tədbirlər Planı çərçivəsində görülmüş işlərə dair 2025-ci il üzrə hesabatlılığın təmin edilməsi, o cümlədən növbəti mərhələdə qarşıda duran vəzifələrin icrasına dair indikativ planlaşdırma zamanı diqqət yetirilməli istiqamətlər vurğulanıb.
Bununla yanaşı, qeyd olunan tədbirlərin tam və effektiv icrasının həyata keçirilməsi, eləcə də Tədbirlər Planı istiqamətində qiymətləndirmə imkanlarının artırılması ilə bağlı əhəmiyyət daşıyan məqamlar qeyd edilib.
Qeyd edək ki, “Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 12 mart tarixli 520 nömrəli Sərəncamının 4-cü hissəsinə əsasən Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinq və qiymətləndirilməsi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə tapşırılıb.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu