Günay Quliyeva: “Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 2 pillə yaxşılaşdırıb”
Kornell Universitetinin (ABŞ), INSEAD Biznes məktəbinin (Fransa) və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə nəşri olan və bu il 132 ölkəni əhatə edən “Qlobal İnnovasiya İndeksi-2021” (Qİİ-2021) dərc edilib. İlk dəfə 2007-ci ildə nəşr olunan hesabat professor Sumitra Dutta tərəfindən yaradılıb. Qlobal İnnovasiya İndeksi (Qİİ) ölkələrin innovasiya qabiliyyətinə və müvəffəqiyyətinə görə illik reytinq sıralamasıdır. Qİİ hesabatı korporasiyalar və dövlət rəsmiləri tərəfindən ölkələri innovasiya səviyyələrinə görə müqayisə etmək üçün istifadə olunur.
Qİİ-2021 reytinqi innovasiya fəaliyyətinin potensialı, məhsuldarlığı və çərçivə şərtlərini əhatə edən 81 indikator əsasında tərtib olunub. Qİİ-nin dərc olunmasında əsas məqsəd innovasiya fəaliyyətinin stimullaşdırılması mexanizmlərinin qiymətləndirilməsi imkanlarının yaradılmasıdır.
Bu ilki hesabatda Azərbaycan ötən ilə (82-ci yer) nisbətən reytinqini yaxşılaşdıraraq 80-ci yerə qalxıb.
Ölkəmizin bu subindeks üzrə ən yaxşı nəticəsi “Daxili bazarın inkişafı” blokundan əldə edilib – 36-cı yer. Azərbaycan bu blokda “Kredit” istiqamətində 33-cü yeri tutur, həmin istiqamətə daxil olan “Kredit almağın asanlığı” göstəricisi üzrə bütün reytinq ölkələri arasında 1-ci yerdə, “Mikromaliyyələşdirmə kreditləri” göstəricisi üzrə isə 13-cü yerdə qərarlaşıb. “İnstitutlar” blokunun “Biznes-mühit” istiqaməti üzrə Azərbaycan 33-cü yerdə, “Biznesin başlanmasının asanlığı” göstəricisi üzrə isə 9-cu yerdədir.
“İnnovasiya nəticələri” subindeksi üzrə “Yaradıcı fəaliyyətin nəticələri” bloku üzrə Azərbaycan Gürcüstan (74), Belarusiya (93), Tacikistan (107), Qazaxıstan (110), Özbəkistan (113) və Qırğızıstanı (120) qabaqlayaraq, reytinqdə 67-cı yeri tutub. Bu subindeksdə əsasən əqli mülkiyyət obyektləri ilə müəyyənləşən “Qeyri-maddi aktivlər”in mühüm inteqral göstəricisi diqqəti cəlb edir. Bu göstərici üzrə Azərbaycan 2020-ci ildəki nəticəni (56-cı yer) 2 pillə yaxşılaşdıraraq 54-cü yeri tutub. Bu inteqral göstəricisində kifayət qədər yüksək yerləri əqli fəaliyyət göstəriciləri təşkil edib. Məsələn, sənaye nümunələri və ticarət markaları üzrə Azərbaycan reytinqdə 18-ci pillədən 11-ci pilləyə qalxıb.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib