“Fiziki infrastruktur” İşçi qrupunun növbəti iclası keçirilmişdir

“Fiziki infrastruktur” İşçi qrupunun növbəti iclası keçirilmişdir

Dekabrın 19-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən rəhbərliyi həyata keçirilən “Fiziki infrastruktur” İşçi qrupunun növbəti iclası keçirilmişdir.

İclasda işçi qrupun üzvü olan dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələri iştirak etmişdir.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, işçi qrupunun rəhbəri Cavid Qurbanovun sədrliyi ilə keçirilmiş iclasda qrupun fəaliyyəti ilə bağlı cari məsələlərin müzakirəsi aparılmışdır.

İclas zamanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin və Bakı Beynəlxalq Dəniz Limanı nümayəndələri tərəfindən icraçısı olduqları tədbirlər üzrə 2025-ci ilin 11 ayı ərzində görülmüş işlərə dair hesabatlar təqdim edilmiş, aidiyyəti məsələlərin müzakirəsi aparılmışdır.

Daha sonra növbəti ildə görüləcək işlər və işçi qrupunun 2026-cı il üçün Fəaliyyət Planının layihəsi müzakirə edildi. Layihənin hazırlanmasında beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin gücləndirilməsinə birbaşa təsir edən fəaliyyətlərin və indikatorların, eləcə də qanunvericilik və inzibatçılığın təkmilləşdirilməsi ilə bağlı tədbirlərin əks olunmasının vacibliyi qeyd edildi.

Aparılmış müzakirələrə uyğun olaraq qarşıda duran məsələlərin həlli istiqamətində müvafiq qərarlar alınmış, icra prosesinin sürətləndirilməsi və optimallaşdırılması ilə bağlı tövsiyələr verilmişdir.

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın "Fiziki infrastruktur” üzrə işçi qrupuna rəhbərliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir.

İclasda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) şöbə müdiri Aqil Əsədov iştirak edib.