EU4Digital təşəbbüsü ilə Azərbaycan şirkətləri üçün e-ticarət konsultasiya mərkəzi fəaliyyətə başlayıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Azexport.az portalı və Rəqəmsal Ticarət Qovşağı (DTH) tərəfdaşlığı və EU4Digital təşəbbüsü ilə Azərbaycanda yerli şirkətlər üçün e-ticarət konsultasiya mərkəzi öz fəaliyyətinə başlayıb. Yerli şirkətlər üçün nəzərdə tutulan ilk təlim baş tutub.
Layihə çərçivəsində keçiriləcək təlimlərə qatılmaq üçün beş yerli şirkət müəyyən olunub. Təlimlərdə avropalı ekspertlər tərəfindən Amazon, Allegro, Ebay, Otto, ETSY, Bol.com, Zalando, Kaufland, Pigu.It kimi nəhəng e-ticarət platformalarının iş prinsiplərinin real nümunələrlə tədris olunması nəzərdə tutulub.
Qeyd edək ki, layihənin başlıca məqsədi Avropa və Şərq Tərəfdaşlığı ölkələri arasında elektron ticarət sahəsi üzrə təcrübə mübadiləsinin aparılmasıdır. Təlimlər 2023-cü ilin mart, aprel və may aylarını əhatə edir. Təlimlərin sonunda iştirakçılar beynəlxalq bazarlarda qeydiyyatdan keçmək, e-ticarət üçün düzgün məhsulları və onların marketinq strategiyasını seçmək, müştərilərə effektiv xidmət göstərmək, loqistika imkanlardan istifadə, hesabın və ya məhsulun bloklanma səbəblərini anlamaq, e-ticarətlə bağlı yaranan hüquqi, vergi, maddi-texniki və digər problemlərə həll yollarına dair bilik və bacarıq əldə edəcəklər.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib