EnterpriseAzerbaijan portalının növbəti startap təlimi Bakı Slavyan Universitetində keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin EnterpriseAzerbaijan.com portalı Azərbaycan Respublikası Vergilər Nazirliyinin dəstəyi ilə “Startupa necə başlamalı? İqtisadi, hüquqi və təşkilati əsaslar” mövzusunda növbəti startap təlimini Bakı Slavyan Universitetində keçirib.
Təlimin əvvəlində çıxış edən BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov bildirib ki, Elmi Şuranın “Universitet üzrə startap qruplarının işinin təşkili və innovativ fəaliyyətin dəstəklənməsi tədbirləri barədə əmr”inə əsasən BSU-da startap qrupları yaradılıb. Startap layihəsi çərçivəsində BSU-da artıq bir sıra işlər görüldüyünü deyən Telman Cəfərov qeyd edib ki, layihəyə kafedraların, şöbələrin, o cümlədən fakültələrin nümayəndələri də cəlb olunub. T.Cəfərov tələbələri bu layihədə fəal olmağa səsləyib, onları layihənin iqtisadi yöndə sərgilədiyi imkanlardan düzgün yararlanmağa dəvət edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin EnterpriseAzerbaijan.com portalının meneceri Aytən Məmmədova çıxışında mərkəzin enterpriseazerbaijan.com startap portalının fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat verib. O, portalın əsas məqsədi, istifadəçilər üçün yaratdığı şanslar, sahibkarların layihələr üzrə fəaliyyəti barədə danışıb.
Vergilər Nazirliyinin nümayəndəsi Hacı Qasımov çıxışında 2019-cu ildən etibarən vergi sistemindəki yeniliklər, cari ildən vergi məcəlləsinə edilən güzəştlər və əlavələr barədə dinləyiciləri məlumatlandırıb. H.Qasımov mikro sahibkarlıq, o cümlədən biznesə başlamaq istəyən startapçılar üçün yaradılan imkanlardan söz açıb.
Təlimdə iştirak edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndəsi Oruc Dursunzadə British Council-ın “Kreativ qığılcım” layihəsi, layihənin məqsədi, tərəfdaşları, o cümlədən layihə çərçivəsində görülən işlər barədə ətraflı məlumat verib.
Azexport.az portalının rəhbəri Zaur Qardaşov portalın əməkdaşlıq etdiyi Beynalxalq Ticarət Mərkəzinin (İTC) “Amazonla qazan” layihəsi haqqında iştirakçıları məlumatlandırıb. O bildirib ki, layihə çərçivəsində seçilmiş startapçılar enterpriseazerbaijan.com portalının inkubasiya mərkəzindən yararlana bilərlər.
Təlimin davamında iştirakçıları maraqlandıran suallar cavablandırılıb.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu