EnterpriseAzerbaijan.com və Microsoft Layihə idarəetməsi mövzusunda təlim keçirib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində EnterpriseAzerbaijan portalı və Microsoft şirkətinin birgə təşkilatçılığı ilə Layihə idarəetmə sistemləri mövzusunda təlim keçirilib. Microsoft şirkətinin mütəxəssisi Marko Zaysın apardığı təlimdə əsasən layihə idarəetmə sistemləri, layihə idarəetməsindəki yeni trendlər, hökumət layihələri portfelinin idarə edilməsində layihə idarəetmə sistemləri mövzularından danışılıb.
Bildirilib ki, layihə idarəetmə sisteminin düzgün qurulması görüləcək işə uğurlu start və qarşıya qoyulan hədəflərə zamana qənaət etməklə daha sistematik, o cümlədən daha səmərəli yolla çatmaq deməkdir. Həm dövlət, həm də özəl qurumların nümayəndələrinin iştirak etdiyi təlimdə müasir iş yerindəki tendensiyalar, işgüzar intellekt, inkişaf etmiş analitika və məlumat vizuallaşdırılmasının vacibliyi barədə də fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və “Microsoft Azerbaijan” şirkəti arasında imzalanan əməkdaşlıq haqqında memoranduma əsasən tərəflər mütəmadi olaraq kadr potensialından əməkdaşlıq prosesində birgə istifadə üçün şərait yaradır. Azərbaycan Respublikasında İKT sektorunun inkişafı məqsədilə birgə proqram, konfrans, təlim və seminarlar həyata keçirirlər.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib