EnterpriseAzerbaijan.com-un startapı beynəlxalq yarışmada uğur qazandı
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu EnterpriseAzerbaijan portalının “EcoPrint" layihəsi Polşa tərəfindən Azərbaycanda həyata keçirilən “Azərbaycan Texniki Körpüsü (V4-Azerbaijan Tech Bridge (V4ATB)” adlı online “Demo Day Kosice Chapter”də Azərbaycandan qatılan 80 layihə içərisində 10 ən yaxşı startap siyahısına daxil edilib. Layihə növbəti mərhələdə qalib olmaq uğrunda mübarizə aparacaq. Bir neçə ölkədən nümayəndənin də qatıldığı onlayn görüşdə Enterprise Azerbaijan portalının rəhbəri Mətanət Musayeva görülən işlər, startaplarla əməkdaşlıq, yeni layihələr barədə məlumat verib. Enterprise Azerbaijan portalının, “EcoPrint” layihəsi isə investorlar qarşısında təqdimat edib.
Qeyd edək ki, “Demo Day Kosice Chapter” iştirak edən və seçilən startaplar arasında Azərbaycandan “Bookmentor”, “Destekchi”, “Documood”, “Ecoprint”, “Modern professional trainings”, “Payonix”, “Recepta”, “TripTruck”, “USSC” və “VR Tour” layihələri də var.
Onlayn görüşdə investorların ikili formatda əməkdaşlıq imkanlarının müzakirəsi üçün şərait yaradılıb. Onlardan bəziləri ilə ayrılıqda layihələrin gələcək inkişaf perspektivləri ilə bağlı görüşlər keçirilib.
Daha sonra “EcoPrint” layihəsinin 10 ən yaxşı startapdan biri seçildiyi ““#V4ATB-Azərbaycan texniki körpüsü” proqramları çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Polşa Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin, “Startup Hub Poland Foundation” və “IdealHub” İnnovasiya və Texnologiya Mərkəzinin birgə təşkilatçılığı ilə innovasiyalar üzrə Polşa-Azərbaycan seminarı keçirilib.
Enterprise Azerbaijan portalının rəhbəri Mətanət Musayevanın da iştirak etdiyi tədbirdə innovasiyaların və startapların dəstəklənməsi sahəsində Polşa-Azərbaycan əməkdaşlığının inkişaf etdirilməsi imkanları, o cümlədən Polşa tərəfindən Azərbaycanda həyata keçirilən “V4-Azerbaijan Tech Bridge (V4ATB)” proqramı müzakirə edilib.
“Startup Hub Poland” və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında innovasiya və startapların inkişafına dair memorandum imzalanıb.
Polşa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rafal Poborski “V4ATB” proqramına qoşulan Azərbaycan startaplarının təqdim etdiyi layihələrin maraqlı olduğunu, yerli startapların əsasən texnoloji və biznes tərəfdən hazırlıqlı olduqlarını vurğulayıb. Səfir proqramın 2023-cü ildə də davam etdiriləcəyinə əminliyini bildirib.
Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycanın qeyri-neft ixracı yeni dövrə qədəm qoyur
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Regionda Azərbaycanın iştirakı, razılığı olmadan hər hansı layihənin uğurla reallaşdırılması qeyri-mümkündür
Lətif Zeynallı
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
Azərbaycanın D-8 üzvlüyü regionun iqtisadi dinamikasını dəyişəcək
Təranə Salıfova
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Qarabağ və Şərqi Zəngəzurun bərpası ən vacib prioritetlərdən biridir
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Uzunmüddətli sosial-iqtisadi inkişafa töhfə
Vüsal Qasımlı
İİTKM -in icraçı direktoru
Dövlət müəssisələrinin islahatı səmərəlilik və ədalət prinsiplərinə söykənir
Nicat Hacızadə
İİTKM-in şöbə müdiri
Qeyri-neft-qaz xidmət ixracı 37,1% artaraq 4,6 milyard ABŞ dolları olub