EnterpriseAzerbaijan.com portalında startapçılarla görüş keçirilib
Iqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı EnterpriseAzerbaijan.com portalına daxil olan startapçılarla görüşüb. İİTKM-in icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Azərbaycanda startap ekosisteminin inkişafı üçün əsaslar yaradılıb: “Biznesə başlamanın asanlığı, startap şəhadətnəməsi əsasında üçillik vergi tətili, inkubasiya, akselerasiya və kovorkinq platformaları, startaplar üçün mentorluq və maliyyə bazarlarına çıxış imkanları bu sıradadır. Dünyada 3 trilyon dollarlıq startap ekosistemində Azərbaycanın mövqeyini gücləndirməsi üçün EnterpriseAzerbaijan.com portalı təlimlər keçirir, kikstarter platformalarına çıxışı təmin edir, inkubasiya və akselerasiya platforması kimi xidmət edir. EnterpriseAzerbaijan.com və Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq proqramı çərçivəsində startapları dəstəkləmək üçün onlara aktivlər təqdim ediblər.
Eyni zamanda EnterpriseAzerbaijan.com portalı Azərbaycan Beynəlxalq Bankı ilə startapların xarici maliyyə bazarlarına çıxarılması üçün birgə layihə gerçəkləşdirirlər.” EnterpriseAzerbaijan.com portalında akselerasiya prosesində olan Alma Consulting, özünüməşğulluq çərçivəsində aktivlər alan Bonpini və İnterno, EnterpriseAzerbaijan.com portalında yerləşdirilmiş Healthi Story, İRS Cizgi, Save Access System, TezGet və VeloKuryer startapları təqdimatlarla çıxış ediblər. EnterpriseAzerbaijan.com portalının meneceri Pərvin Məmmədzadə bildirib ki, bu yaxınlarda Azərbaycan Banklar Assosiasiyası ilə birlikdə Azərbaycan startapları ilə potensial investorların görüşünün keçirilməsi planlaşdırılır: “Məqsəd startapların layihələrinin maliyyələşdirilməsidir. Hibrid, yəni həm onlayn, həm də offlayn formatda olacaq tədbridə banklar, mələk və toxum investorların iştirakı planlaşdırılır.”








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib