EnterpriseAzerbaijan.com Portal Held a Meeting with Startuppers
- Əsas səhifə
- Xəbərlər
- EnterpriseAzerbaijan.com portalında startapçılarla görüş keçirilib
19 Mart 2021, 11:25
EnterpriseAzerbaijan.com portalında startapçılarla görüş keçirilib
- A
- A+
- A-
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı EnterpriseAzerbaijan.com portalına daxil olan startapçılarla görüşüb. İİTKM-in icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Azərbaycanda startap ekosisteminin inkişafı üçün əsaslar yaradılıb: “Biznesə başlamanın asanlığı, startap şəhadətnəməsi əsasında üçillik vergi tətili, inkubasiya, akselerasiya və kovorkinq platformaları, startaplar üçün mentorluq və maliyyə bazarlarına çıxış imkanları bu sıradadır. Dünyada 3 trilyon dollarlıq startap ekosistemində Azərbaycanın mövqeyini gücləndirməsi üçün EnterpriseAzerbaijan.com portalı təlimlər keçirir, kikstarter platformalarına çıxışı təmin edir, inkubasiya və akselerasiya platforması kimi xidmət edir. EnterpriseAzerbaijan.com və Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq proqramı çərçivəsində startapları dəstəkləmək üçün onlara aktivlər təqdim ediblər.
Eyni zamanda EnterpriseAzerbaijan.com portalı Azərbaycan Beynəlxalq Bankı ilə startapların xarici maliyyə bazarlarına çıxarılması üçün birgə layihə gerçəkləşdirirlər.” EnterpriseAzerbaijan.com portalında akselerasiya prosesində olan Alma Consulting, özünüməşğulluq çərçivəsində aktivlər alan Bonpini və İnterno, EnterpriseAzerbaijan.com portalında yerləşdirilmiş Healthi Story, İRS Cizgi, Save Access System, TezGet və VeloKuryer startapları təqdimatlarla çıxış ediblər. EnterpriseAzerbaijan.com portalının meneceri Pərvin Məmmədzadə bildirib ki, bu yaxınlarda Azərbaycan Banklar Assosiasiyası ilə birlikdə Azərbaycan startapları ilə potensial investorların görüşünün keçirilməsi planlaşdırılır: “Məqsəd startapların layihələrinin maliyyələşdirilməsidir. Hibrid, yəni həm onlayn, həm də offlayn formatda olacaq tədbridə banklar, mələk və toxum investorların iştirakı planlaşdırılır.”









Op-eds
Gultaj Ahmadzada-Tapdigzada
Head of Sector at the Monitoring and Evaluation Division
Strategic Targets of Azerbaijan’s Energy Transformation
Agil Asadov
Head of the Strategic planning division
The strategic importance of the Middle Corridor: growth of investment along the Trans-Caspian route and Azerbaijan’s regional…
Jeyran Babirova
Leading consultant of the Strategic planning division
COP30 marks the practical implementation phase of the political and financial architecture shaped by COP29
Isa Gasimov
Head of the “Enterprise Azerbaijan” portal
Research and Development (R&D) and Innovation: from Knowledge to Value, from Value to Capital
Rashad Najafli
Chief advisor of the Economic analysis division
Azerbaijan: A Reliable and Strategic Investment Hub among LLDCs
Isa Gasimov
Head of the “Enterprise Azerbaijan” portal
On the Situation of Venture Capital in the World and in Azerbaijan
Agil Asadov
Head of the Strategic planning division
The South Caucasus is becoming a region of peace and cooperation