EnterpriseAzerbaijan.com portalı beynəlxalq görüşdə təmsil olunub
EnterpriseAzerbaijan.com portalı Asiya İnkişaf Bankı və Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramının təşəbbüsü ilə keçirilən startap ekosistemlərində çoxmissiyalı təşkilatların roluna həsr olunan tədbirdə təmsil olunub.
Görüşün moderatoru Asiya İnkişaf Bankının rəqəmsal transformasiya və startap ekosistemləri üzrə mütəxəssisi Arndt Husar bildirib ki, CAREC rəqəmsal strategiyasına əsasən resurs mübadiləsi, etibarlı informasiya şəbəkəsinin inkişafı və startap ekosisteminin yaradıcıları və maraqlı tərəflər arasında əlaqələrin qurulması üçün startap xəritəsi mühüm rol oynayacaq. Daha sonra startap və innovasiya ekosisteminin yaxşılaşdırılması üçün əməkdaşlıq imkanları, regional və beynəlxalq mentorluğun vacibliyi, çoxmissiyalı təşkilatların təşəbbüsləri və investisiya imkanları müzakirə olunub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Vüsalə Cəfərova Azərbaycanda startaplar üçün akselerator dəstəyi və investisiyaların cəlb olunmasında EnterpriseAzerbaijan.com portalı tərəfindən göstərilən xidmətlər və ölkə təcrübəsi barədə iştirakçılara məlumat verib.
Görüşdə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi, ABŞ Beynəlxalq İnkişaf Agentliyi, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı, Dünya Bankı və İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının nümayəndələri təqdimat ediblər.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib