EnterpriseAzerbaijan.com e-Asiya proqramı ilə əməkdaşlığa başlayır
EnterpriseAzerbaijan.com portalı Şərqi Asiya Sammitinin üzv ölkələri tərəfindən maliyyəşən e-Asiya tədqiqat proqramı ilə əməkdaşlığa başlayır.
Hazırda e-Asiya proqramı Biliklərin Mübadiləsi üzrə Tərəfdaşlıq Fondu tərəfindən biliklərin mübadiləsi üzrə texniki yardım üçün 500 min ABŞ dollar həcmində qrant qazanıb. Sözügedən texniki yardımın əsas məqsədi texnoloji startapların potensialını gücləndirilməkdir. Texniki yardım texnoloji startapların inkişafı üçün əlverişli mühit, institusional struktur və biliklərin mübadiləsi istiqamətlərində işlər aparır.
Asiya İnkişaf Bankı və Steinbeis GmbH & Co. KG şirkəti texniki yardımın icrası məqsədilə EnterpriseAzerbaijan.com portalına daxil olan startapların dəstəklənməsi, bilik və təcrübə mübadiləsi məqsədilə onlayn görüş keçirmişdir. Sözügedən əməkdaşlıq strateji inkişafın davam etdirilməsi, sinerjinin formalaşdırılması və portalda olan layihələrin inkişafı üçün yaxşı imkan yaradır.
Xatırladaq ki, EnterpriseAzerbaijan.com portalının operatoru İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzidir.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib