24 iyun 2021, 10:16

EnterpriseAzerbaijan.com portalı Şərqi Asiya Sammitinin üzv ölkələri tərəfindən maliyyəşən e-Asiya tədqiqat proqramı ilə əməkdaşlığa başlayır.

Hazırda e-Asiya proqramı Biliklərin Mübadiləsi üzrə Tərəfdaşlıq Fondu tərəfindən biliklərin mübadiləsi üzrə texniki yardım üçün 500 min ABŞ dollar həcmində qrant qazanıb. Sözügedən texniki yardımın əsas məqsədi texnoloji startapların potensialını gücləndirilməkdir. Texniki yardım texnoloji startapların inkişafı üçün əlverişli mühit, institusional struktur və biliklərin mübadiləsi istiqamətlərində işlər aparır.

Asiya İnkişaf Bankı və Steinbeis GmbH & Co. KG şirkəti texniki yardımın icrası məqsədilə EnterpriseAzerbaijan.com portalına daxil olan startapların dəstəklənməsi, bilik və  təcrübə mübadiləsi məqsədilə onlayn görüş keçirmişdir. Sözügedən əməkdaşlıq strateji inkişafın davam etdirilməsi, sinerjinin formalaşdırılması və portalda olan layihələrin inkişafı üçün yaxşı imkan yaradır.

Xatırladaq ki, EnterpriseAzerbaijan.com portalının operatoru İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzidir.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az