“Enterprise Azerbaijan” və “InnovNation” arasında strateji əməkdaşlıq istiqamətləri müzakirə olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalı ilə Sinqapurda fəaliyyət göstərən süni intellekt (Sİ) və innovasiya həlləri üzrə ixtisaslaşmış beynəlxalq şirkət “InnovNation” arasında onlayn formatda görüş keçirilib.
Görüşün əsas məqsədi Azərbaycan innovasiya ekosisteminin qlobal Sİ və rəqəmsal transformasiya trendlərinə inteqrasiyası, eləcə də startapların beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsi istiqamətində əməkdaşlıq perspektivlərinin müəyyən edilməsi olub.
“Enterprise Azerbaijan” portalının layihə meneceri Aydan Hüseynzadə platformanın fəaliyyət istiqamətləri, startap ekosisteminin inkişafına yönəlmiş təşəbbüslər və xüsusilə “Startup School 4: Five Continents – 500 Startups” proqramı barədə geniş təqdimat edib. O, proqram çərçivəsində həyata keçirilən təlim, mentorluq və beynəlxalq şəbəkələşmə imkanlarının region startapları üçün yaratdığı dəyəri vurğulayıb.
Daha sonra “InnovNation” şirkətinin təsisçisi Nileş Batia şirkətin süni intellekt əsaslı innovasiya həlləri, “data-driven” startap akselerasiya modelləri və qlobal innovasiya ekosistemlərində həyata keçirdiyi layihələr barədə məlumat verib. O, xüsusilə Sİ əsaslı məhsul inkişafı, startapların miqyasının genişləndirilməsi (scaling), rəqəmsal transformasiya və beynəlxalq investisiya şəbəkələrinə çıxış sahələrində şirkətin təcrübəsini diqqətə çatdırıb.
Görüş zamanı Azərbaycan startap ekosisteminin inkişafı üçün bir sıra potensial əməkdaşlıq istiqamətləri üzrə ilkin razılıq əldə edilib. Süni intellekt əsaslı startapların “Startup School 4” proqramına inteqrasiyası müzakirə edilib, birgə akselerasiya təşəbbüslərinə baxılıb. Azərbaycan startaplarının qlobal bazarlara çıxışını dəstəkləmək məqsədilə mentorluq və investor şəbəkəsi platformalarının yaradılması nəzərdən keçirilib. Data və süni intellekt əsaslı innovasiya laboratoriyalarının formalaşdırılması vacib hesab edilib. Rəqəmsal transformasiya və “deep tech” sahələrində birgə təlim və bilik mübadiləsi proqramlarının həyata keçirilməsi istiqamətində əməkdaşlıq planlaşdırılıb.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib