“Enterprise Azerbaijan” və “Astana Hub” arasında əməkdaşlıq qurulur
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalı ilə Mərkəzi Asiyanın ən böyük innovasiya mərkəzlərindən biri hesab olunan “Astana Hub” arasında əməkdaşlığın qurulması məqsədilə Qazaxıstanın paytaxtı Astanada görüş keçirilib. “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov “Astana Hub”ın Beynəlxalq əlaqələr və investisiya ofisinin direktoru Daniyar Jumağulov ilə görüşüb.
Görüşdə “Astana Hub” tərəfindən regionda innovasiya ekosisteminin formalaşdırılması istiqamətində həyata keçirilən layihələr, startapların inkişafına yönəlmiş dəstək proqramları, inkubasiya və akselerasiya mexanizmləri, eləcə də texnologiya əsaslı sahibkarlığın təşviqi sahəsində tətbiq olunan qabaqcıl təcrübələr barədə məlumat təqdim olunub. Həmçinin mərkəzin beynəlxalq innovasiya şəbəkələrinə inteqrasiya təcrübəsi, xarici investisiyaların cəlb edilməsi və startapların qlobal bazarlara çıxış imkanlarının genişləndirilməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb.
Tərəflər “Enterprise Azerbaijan” portalı ilə “Astana Hub” arasında potensial əməkdaşlıq istiqamətlərini, o cümlədən startapların beynəlxalq bazarlara çıxışının dəstəklənməsi, təcrübə və bilik mübadiləsinin təşviqi, birgə akselerasiya proqramları və innovasiya layihələrinin həyata keçirilməsi məsələlərini müzakirə ediblər. Bununla yanaşı, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin innovasiya ekosistemləri arasında əlaqənin gücləndirilməsi, genişmiqyaslı innovasiya layihələrinin icrası və ortaq startap təşəbbüslərinin formalaşdırılması imkanları da müzakirə olunub.
Görüşün nəticəsi olaraq tərəflər arasında əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi istiqamətində müvafiq rəsmi prosedurların başlanılması barədə ilkin razılıq əldə olunub. Bu əməkdaşlığın gələcək mərhələdə innovasiya, sahibkarlıq və investisiya sahələrində yeni imkanlar yaradacağı, həmçinin Türk dünyasında ortaq ekosistemin inkişafına töhfə verəcəyi qeyd edilib.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib