“Enterprise Azerbaijan” portalının “Startup School 4” proqramına seçilən layihələr açıqlandı
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Enterprise Azerbaijan” portalının həyata keçirdiyi “Startup School 4: Beş qitə – 500 startap” qlobal innovasiya proqramına seçilən startapların siyahısı açıqlanıb.
15 ölkənin 40-a yaxın şəhərindən seçilən layihələrin adları ilə tanış olmaq üçün linkə daxil olun:
https://startupschool.az/en/selected-startups
Proqramda iştirak hüququ qazanan startaplara növbəti mərhələdə qlobal ekosistemin qabaqcıl təcrübələrinə əsasən təlim və mentorluq xidmətləri göstəriləcək.
“Startup School 4: Five Continents – 500 Startups” proqramı 5 qitədən (Amerika, Afrika, Avropa, Asiya, Avstraliya) 40-dan çox təşkilatla əməkdaşlıq edir. Onlardan 9-u vençur fond, digərləri texnologiya şirkətləridir.
“Startup School 4” proqramının qlobal innovasiya ekosistemindən tərəfdaşları “Synapses Ventures”, “TechDev Academy”, “One Bsc Gate” (ABŞ); “Silk Road High Tech Park Association” (Çin); “Khyber Pakhtunkhwa Board of Investment and Trade” (Pakistan); “The Caucasus-Asia Center” (Hindistan); ATUİAB (Özbəkistan); “DELPHI LTD” (Madaqaskar), "New Mansoura University" (Misir), "Leadership and Good Governance Institute”, "Ethiopian Public Service University" (Efiopiya) (Afrika); “MH INSPIRES PTY LTD” (Avstraliya); “LICORNE GULF investment” (Qətər); “Deep Tech Foundry”, “Bold Future Global” (Malta); “The Brutally Honest Ecosystem” (Finlandiya); “BeHumbo” (Estoniya); “BuzzFactory” (Rusiya), OSTİM Texniki Universiteti, Kapadokya Texnoparkı, Niğde Universiteti Texnoparkı, “Fauna Venture Studio” (Türkiyə) və sair qurumlardır.
Layihənin yerli tərəfdaşları isə Əqli Mülkiyyət Agentliyi, İqtisadi Zonaların İnkişafı Agentliyi, "Caucasus Ventures", "SABAH.HUB", Innoland İnkubasiya və Akselerasiya Mərkəzi, Aqrar İnnovasiya Mərkəzi, “Founder Club”, “Yeni Fikir”, “Coders Azerbaijan”, “BERC&Partners”, “Innovation Management and TRIZ Institute” MMC və media tərəfdaşları “Real Tv”, "Report" müstəqil informasiya agentliyi, “Trend” İnformasiya Agentliyi, “Edumap” Təhsil Portalıdır.
“Startup School 4” layihəsinin yekun mərhələsi olan “Demo Day” tədbirinin 30-31 oktyabr 2026-cı il tarixlərində Bakı Konqres Mərkəzində keçiriləcək “TEI Forum 2026” çərçivəsində həmin tədbirlə eyni məkan və tarixdə təşkil olunması nəzərdə tutulur. Beləliklə, startaplar “Demo Day” tədbirində 500-dən çox sahibkar, investor və biznes nümayəndəsi ilə birbaşa əlaqə qurmaq, potensial tərəfdaşlıqlar yaratmaq və investisiya imkanlarını genişləndirmək üçün unikal imkanlara sahib olacaqlar.
Qeyd edək ki, “Startup School 4” çərçivəsində indiyədək 50-ə yaxın təlim və infosessiya keçirilib. Bu görüşlərdə 3000-dən çox iştirakçı qeydə alınıb.









Ekspert yazıları
İsmət Mehrəliyeva
Rəqəmsal Ticarət Qovşağının (RTQ) rəhbəri
Azərbaycan rəqəmsal xidmətlərdə ABŞ, Böyük Britaniya və Kanadanı geridə qoydu – tarixi nəticə
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır