“Enterprise Azerbaijan” portalının “Startup School 4” layihəsinin Amerika qitəsi üzrə tərəfdaşları elan edilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalının həyata keçirdiyi “Startup School 4: Beş qitə - 500 Startap” qlobal innovasiya proqramı çərçivəsində Amerika qitəsindən olan tərəfdaşlar ictimaiyyətə təqdim olunub: Synapses Ventures (ABŞ), TechDev Academy (ABŞ) və OneBscGate (ABŞ).
Adı çəkilən tərəfdaşlar “Startup School 4: Beş qitə - 500 Startap” layihəsi çərçivəsində startaplara müxtəlif istiqamətlər üzrə dəstək göstərəcəklər. Onlar təlim və mentorluq xidmətləri ilə yanaşı, startapların qiymətləndirilməsi, investisiya imkanlarına çıxışı və qlobal bazarlara inteqrasiyası prosesinə töhfə verəcəklər.
“Synapses Ventures” (ABŞ) - texnologiya və innovasiya yönümlü startaplara investisiya edən vençur fondudur. Fond erkən mərhələli və inkişaf potensialı yüksək olan layihələrə maliyyə dəstəyi göstərməklə yanaşı, strateji inkişaf, məhsulun bazara çıxarılması (go-to-market), investisiya hazırlığı və miqyaslandırma üzrə ekspert dəstəyi təqdim edir. Proqram çərçivəsində “Synapses Ventures” seçilmiş startapların qiymətləndirilməsində iştirak edəcək, həmçinin onların investorlara çıxış imkanlarını genişləndirəcək.
“TechDev Academy” (ABŞ) - texnologiya və rəqəmsal bacarıqların inkişafına yönəlmiş təlim və inkişaf platformasıdır. Akademiya proqram iştirakçılarına innovasiya idarəçiliyi, məhsul inkişafı, texnoloji trendlər və sahibkarlıq bacarıqları üzrə strukturlaşdırılmış təlimlər və praktiki mentorluq sessiyaları təqdim edəcək. Bununla yanaşı, iştirakçılar üçün təqaüd imkanları, beynəlxalq proqramlarda iştirak perspektivləri, qlobal təhsil və inkişaf platformalarına çıxış imkanları da yaradılacaq.
“OneBscGate” (ABŞ) - təşkilatlar üçün audit edilə bilən, təkrarlana bilən və şəffaf biznes nəticələrinin təmin edilməsinə yönəlmiş rəqəmsal platformadır. Layihə çərçivəsində startaplara əməliyyatların optimallaşdırılması, sistem inteqrasiyaları, biznes proseslərinin rəqəmsallaşdırılması və qlobal səviyyədə idarəetmə çərçivələrinin tətbiqi istiqamətində dəstək göstərəcək.
Qeyd edək ki, “Startup School 4” layihəsinə startapların onlayn qeydiyyatı aktivdir. Layihə bu il beş qitədən 500 startapı cəlb etməyi hədəfləyir.
Son müraciət tarixi: 15 may 2026-cı il
Qeydiyyat üçün link: https://startupschool.az/en/register









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib