"Enterprise Azerbaijan" portalının "Startup School 3" layihəsinin qalibləri elan olundu
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəzdində fəaliyyət göstərən “Enterprise Azerbaijan” portalı tərəfindən “Startup School 3” layihəsi çərçivəsində “Yaşıl və Rəqəmsal İpək Yolu” beynəlxalq akselerasiya proqramının final mərhələsini əhatə edən “Demo-Day” tədbiri keçirilib. Tədbir Azərbaycan İnnovasiya Mərkəzində keçirilib və ölkədə innovasiya fəaliyyəti, startap ekosistemi və rəqəmsal transformasiya sahəsində görülən işlərin təqdimatı baxımından əhəmiyyətli platforma kimi çıxış edib.
Tədbirin ilk mərhələsi startap sərgisi ilə başlayıb. Akselerasiya proqramının final mərhələsinə çıxmış 30 startap komandası hazırladıqları layihələri xüsusi sərgi stendlərində nümayiş etdirərək iştirakçıların və münsiflərin diqqətinə təqdim ediblər. Sərgidə nümayiş olunan layihələr yaşıl enerji, rəqəmsal texnologiyalar, tibb və sağlamlıq, aqrar innovasiyalar, süni intellekt, təhsil texnologiyaları, turizm, kimya sənayesi və digər sahələri əhatə edən geniş innovasiya spektrini özündə birləşdirib. Münsiflər heyəti təqdim olunan layihələri innovativlik, tətbiq oluna bilmə potensialı, komanda hazırlığı və kommersiyalaşdırma imkanları kimi kriteriyalar üzrə qiymətləndirərək ən yaxşı yeddi startapı növbəti mərhələyə seçib. Həmçinin, günün ümumi qalibləri də bu mərhələdə müəyyən olunub.
Tədbirin növbəti hissəsi şəbəkələşmə və rəsmi açılış nitqləri ilə davam edib. Açılış mərasimində İİTKM-in icraçı direktoru, professor Vüsal Qasımlı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev çıxış edərək ölkədə innovasiya mühitinin inkişafı, startapların dəstəklənməsi və beynəlxalq tərəfdaşlıqların gücləndirilməsi istiqamətində görülən işlər barədə fikirlərini bölüşüblər. Ardınca “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov akselerasiya proqramının məqsədləri, mərhələləri və əldə olunan nəticələr barədə məlumat verib.
Tədbir çərçivəsində seçilmiş ən perspektivli yeddi startap komandasının – “Agro Gemtin”, “Smart Bin”, “The Bioplastic”, “Green Guest”, “SoilCredit”, “Zeuph” və “Science Delta” layihələrinin təqdimatları keçirilib. Komandalar layihələrinin mahiyyətini, tətbiq sahələrini və innovasiya dəyərini auditoriyaya təqdim ediblər. Təqdimatlardan sonra professor Vüsal Qasımlı münsiflər heyətinin üzvlərinə göstərdikləri dəstəyə görə “Təşəkkürnamə” təqdim edib. Daha sonra münsiflər heyətinin üzvləri — Synapses Ventures təmsilçisi Murat Baday və A8 Acceleration Center nümayəndəsi Gonca Kara çıxış edərək tədbirin regional innovasiya ekosisteminə verdiyi töhfələri dəyərləndiriblər.
Tədbirin yekununda qaliblərin adları elan olunub. Üçüncü yerin qalibi olan “The Bioplastic” Elm və Təhsil Nazirinin müşaviri Nicat Məmmədli tərəfindən açıqlanıb. İkinci yerin qalibi “Smart Bin” Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov tərəfindən elan olunub və mükafat Gənclər və idman nazirinin müavini İndira Hacıyeva tərəfindən təqdim edilib. Birinci yerin qalibi “Agro Gemtin” isə İİTKM-in icraçı direktoru professor Vüsal Qasımlı tərəfindən elan edilərək mükafatlandırılıb.
“Startup School 3” layihəsi innovativ ideyalar əsasında fəaliyyət göstərən startapların inkişafına təkan vermək, yaşıl və rəqəmsal sahələrdə yeni texnoloji həllərin yaradılmasını təşviq etmək, həmçinin bu istiqamətdə beynəlxalq əməkdaşlığı gücləndirmək məqsədilə həyata keçirilir. Layihə startapların bilik, bacarıq və resurs imkanlarını artırmaqla onların regional və qlobal bazarlara inteqrasiyasına dəstək göstərir.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib