“Enterprise Azerbaijan” portalının “Startup School 3” layihəsinin finalına keçən startaplar elan olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalının “Startup School 3” layihəsi çərçivəsində “Yaşıl və Rəqəmsal İpək Yolu” (Green and Digital Silk Road) adlı beynəlxalq akselerasiya proqramının final mərhələsinə vəsiqə qazanan startaplar müəyyən olunub.
Seçilən komandalar final mərhələdə – “Demo Day” sərgisində öz layihələrini nümayiş etdirəcəklər. Tədbirə dövlət və özəl sektor nümayəndələri, beynəlxalq təşkilatlar, investisiya şirkətləri və vençur fondların təmsilçiləri dəvət olunub. Finalçılar onlar üçün ayrılmış stendlərdə layihələrini təqdim edərək investorlarla əlaqə qura biləcəklər.
Münsiflər heyətinin qiymətləndirməsi əsasında seçilmiş ən perspektivli startaplar proqramın “pitching” mərhələsinə keçəcək, sonda isə ən uğurlu üç layihə elan edilərək mükafatlandırılacaq.
Aşağıda “Startup School 3” layihəsinin final mərhələsinə keçən startapların siyahısı təqdim olunur:
1. West innovation
2. The Eco-Friendly Digital Marketplace
3. EnerStep
4. ScienceDelta
5. QTFashion Pvt LTD
6. E-waste
7. TenEd
8. Black Gold
9. Car Easy – Digital Vehicle Service Platform
10. PosturabandPro
11. FitoBot
12. Backlify
13. Mopsn
14. Arma-Lux
15. Fahad International Auto Solution
16. The Bioplastic
17. Carbionix
18. Green Mind's Campus
19. Ecoguard
20. Inrolin
21. OchseMoto
22. Memar Əcəmi irsinin kufi xətti və daş teksturası əsaslı 3D modelləşdirilməsi
23. SunTrack - Solar Energy Monitoring Company
24. Smart Bin (AKUTU)
25. Beaver Nexus
26. AI-Powered Livestock Solutions
27. RecycleMate
28. SmartPark
29. PetroMind
30. Zeuph
31. Sandal
32. Green Guest
33. OralWise
34. Skillink
35. SoilCredit
36. Tunet
37. Robotic Arm for Handling Chemical Substances
38. Agro Gemtin
39. Glamo
40. LatZoom Gloves Dispenser
41. Guardian-X
42. Blackone Ecosystem
43. MadeInKP
“Startup School 3” layihəsinin məqsədi yaşıl və rəqəmsal inkişaf sahələrində xidmət və ya məhsul təklif edən startapların inkişafına dəstək olmaq, ekosistemə yeni startaplar qazandırmaq, regional startap ekosistemi iştirakçıları arasında daha sıx kommunikasiyanı formalaşdırmaq, innovativ ideyaların regional inteqrasiyasını təşviq etmək və bu layihələrə investisiya imkanları yaratmaqdır.







Ekspert yazıları
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Tədqiqat və inkişaf (R&D) ilə innovasiya: bilikdən dəyərə, dəyərdən kapitala
Ceyran Bəbirova
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
Ticarət və süni intellektin inteqrasiyası bizneslərə yeni perspektivlər açır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Dünya İnvestisiya Hesabatı 2025: Azərbaycan etibarlı və strateji investisiya mərkəzidir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Süni intellektin təhsildə yaratdığı inqilab
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Dünyada və Azərbaycanda vençur kapitalının vəziyyəti
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
ABŞ-la imzalanan strateji tərəfdaşlıq sənədi ilə Azərbaycan ixrac və elektron ticarətdə yeni imkanlar əldə edir
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Cənubi Qafqaz sülh və əməkdaşlıq regionuna çevrilir