Enterprise Azerbaijan” portalının “Startup School 3” layihəsinin finalına hazırlıqla bağlı görüş keçirilib

Enterprise Azerbaijan” portalının “Startup School 3” layihəsinin finalına hazırlıqla bağlı görüş keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının “Startup School 3” layihəsi çərçivəsində “Yaşıl və Rəqəmsal İpək Yolu” (Green and Digital Silk Road) beynəlxalq akselerasiya proqramının final mərhələsinə həsr olunmuş görüş keçirilib.

Onlayn görüşdə “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov və layihə meneceri Aydan Hüseynzadə proqramın növbəti mərhələləri, xüsusilə “Demo Day” haqqında ətraflı məlumat veriblər. Görüşdə layihədə iştirak edən startapların gözləntiləri və onlar üçün nəzərdə tutulan imkanlar müzakirə olunub, suallar cavablandırılıb.

Hazırda komandalar peşəkar mentorların dəstəyi ilə finala– “Demo Day” mərhələsinə  hazırlıq prosesini davam etdirirlər. Qeyd edək ki, yekun mərhələdə dünyanın qabaqcıl ekosistemlərindən və Azərbaycandan olan vençur fondların nümayəndələrindən ibarət münsif heyəti startapları qiymətləndirəcək. “Demo Day” proqramının 2025-ci il noyabr ayının 21-də Bakıda keçirilməsi planlaşdırılır.

“Startup School 3” layihəsi çərçivəsində həyata keçirilən “Yaşıl və Rəqəmsal İpək Yolu” beynəlxalq akselerasiya proqramı startap ekosistemində bilik və təcrübə mübadiləsini təşviq edir, iştirakçılara mentorluq dəstəyi və qlobal şəbəkələşmə imkanları yaradır. Layihə gənc sahibkarların innovativ ideyalarının biznes həllərinə çevrilməsinə, onların beynəlxalq bazarlara inteqrasiyasına və dayanıqlı biznes modellərinin formalaşmasına mühüm töhfə verir.