“Enterprise Azerbaijan” portalının “Startup School 3” layihəsində təlim sessiyaları uğurla başa çatıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalı tərəfindən həyata keçirilən “Startup School 3” layihəsi çərçivəsində “Yaşıl və Rəqəmsal İpək Yolu” (Green and Digital Silk Road) beynəlxalq akselerasiya proqramının təlim sessiyaları uğurla başa çatıb.
Sessiyaların məqsədi startap layihələrini bazarın və investorların gözləntilərinə uyğun inkişaf etdirmək, o cümlədən komandaların bilik və bacarıqlarını artırmaq, innovativ ideyalarını real biznes layihələrinə çevirməyə dəstək vermək və qlobal bazarlara çıxış imkanlarını genişləndirmək olub.
Proqram çərçivəsində 10 modul üzrə 20 təlim sessiyasında 40 saat təlim keçirilib. Təlimlər dünyanın qabaqcıl ekosistemlərindən (ABŞ, Çin, Almaniya, Malta, Türkiyə, Estoniya, Rusiya və s.) cəlb olunmuş peşəkarlar tərəfindən aparılıb.
Təlimlər aşağıdakı istiqamətləri əhatə edib:
- Yaşıl iqtisadiyyatın davamlılıq potensialları – ekoloji davamlı biznes modelləri və yaşıl texnologiyaların tətbiqi;
- Rəqəmsal transformasiya və süni intellektin biznes imkanları – innovativ texnologiyaların biznes proseslərinə inteqrasiyası;
- Rəqəmsal texnologiyaların tətbiqi sahələri və imkanları – məhsul və xidmətlərin rəqəmsal alətlərlə inkişaf etdirilməsi;
- Biznes inkişafı və böyümə strategiyaları – dayanıqlı inkişaf və bazar strategiyalarının qurulması;
- Liderlik və komanda idarəetməsi – effektiv liderlik və komanda dinamikasının formalaşdırılması;
- İnvestorların startap komandasından gözləntiləri və qlobal investisiya bazarları;
- Startap fəaliyyətlərində tədqiqatın yeri və rolu;
- Əqli mülkiyyət və hüquqi tənzimləmələr – hüquqi bazanın gücləndirilməsi və əqli mülkiyyətin qorunması;
- Startap fəaliyyətində biznesin inkişafı və satış strategiyaları – müştəri münasibətləri və tərəfdaşlıq modellərinin effektiv idarə olunması;
- İnnovasiya və məhsul inkişafı – ideyalardan praktik məhsul və xidmətlərin hazırlanması.
Təlim sessiyalarında Azərbaycan, Türkiyə, Pakistan, Gürcüstan, Cənubi Koreya və Qırğızıstandan olmaqla, 126 startap komandası iştirak edib. Sessiyalar interaktiv formatda həyata keçirilib, startaplara real biznes nümunələri üzərində öyrənmək və təcrübə qazanmaq imkanı yaradılıb.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi” kimi: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır