Enterprise Azerbaijan portalı və OSTİM Texnologiya Universiteti əməkdaşlıq edəcək
Enterprise Azerbaijan portalının rəhbəri Mətanət Musayeva Türkiyənin paytaxtı Ankara şəhərində yeni yaradılan “StartUp School” ilə bağlı müzakirələr aparıb. Qeyd edək ki, Enterprise Azerbaijan portalı və ABŞ-ın Nevada Universitetinin “Özmen Sahibkarlıq Mərkəzi” arasında olan əməkdaşlıq çərçivəsində yaradılan “StartUp School” layihəsində Türkiyədən, o cümlədən digər ölkələrdən olan xarici mentorlar yaxından iştirak edəcək. Ankara şəhərində aparılan müzakirələr zamanı Enterprise Azerbaijan portalının rəhbəri M.Musayeva OSTİM Texnologiya Universitetində “Girişimcilik ve Liderlik Merkezi” və OSTİM “Teknopark INNO:14”-də olub, iş şəraitini öyrənib.
Startapların inkişafı və gələcək əməkdaşlığa həsr olunan görüşdə OSTİM Universitetinin səlahiyyətli şəxsləri ilə bir sıra istiqamətlər üzrə razılıq əldə olunub.
Qeyd edək ki, “Enterprise StartUp School” layihəsinin əsas məqsədi ölkədə sahibkarlıq ruhunu yaratmaq, innovasiyaları inkişaf etdirmək üçün Azərbaycan gənclərini akademik biliklərlə təmin etmək, həmçinin sahibkarlıq və biznesin idarə edilməsi istiqamətində startapların yaradılmasına dəstək olmaqdır.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib