24 yanvar 2023, 14:31

Enterprise Azerbaijan portalının rəhbəri Mətanət Musayeva Türkiyənin paytaxtı Ankara şəhərində yeni yaradılan “StartUp School” ilə bağlı müzakirələr aparıb. Qeyd edək ki, Enterprise Azerbaijan portalı və ABŞ-ın Nevada Universitetinin “Özmen Sahibkarlıq Mərkəzi” arasında olan əməkdaşlıq çərçivəsində yaradılan “StartUp School” layihəsində Türkiyədən, o cümlədən digər ölkələrdən olan xarici mentorlar yaxından iştirak edəcək. Ankara şəhərində aparılan müzakirələr zamanı Enterprise Azerbaijan portalının rəhbəri M.Musayeva OSTİM Texnologiya Universitetində “Girişimcilik ve Liderlik Merkezi” və OSTİM “Teknopark INNO:14”-də olub, iş şəraitini öyrənib.

Startapların inkişafı və gələcək əməkdaşlığa həsr olunan görüşdə OSTİM Universitetinin səlahiyyətli şəxsləri ilə bir sıra istiqamətlər üzrə razılıq əldə olunub.

Qeyd edək ki,  “Enterprise StartUp School” layihəsinin əsas məqsədi ölkədə sahibkarlıq ruhunu yaratmaq, innovasiyaları inkişaf etdirmək üçün Azərbaycan gənclərini akademik biliklərlə təmin etmək, həmçinin sahibkarlıq və biznesin idarə edilməsi istiqamətində startapların yaradılmasına dəstək olmaqdır.  


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az