“Enterprise Azerbaijan” portalı ilə Boğaziçi Universiteti Texnoparkı arasında əməkdaşlıq imkanları müzakirə edilib

“Enterprise Azerbaijan” portalı ilə Boğaziçi Universiteti Texnoparkı arasında əməkdaşlıq imkanları müzakirə edilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalı innovasiya ekosisteminin inkişafı məqsədilə beynəlxalq tərəfdaşlıq əlaqələrini gücləndirməyə davam edir. Bu istiqamətdə Boğaziçi Universiteti Texnoparkının İnkubasiya Mərkəzinin nümayəndələri ilə onlayn görüş keçirilib.

Görüşdə Boğaziçi Universiteti Texnoparkının İnkubasiya Mərkəzinin “TUBİTAK 1812 İnvestisiya-əsaslı Sahibkarlığın Dəstəklənməsi Proqramı” (TUBİTAK 1812 Yatırım Tabanlı Girişimcilik Destek Programı) çərçivəsində həyata keçiriləcək “2026–2028-ci illərdə BiGG I. Mərhələ Akselerasiya Proqramı Çağırışı” (2026–2028 Dönemi BiGG Aşama 1 Hızlandırma Programı Çağrısı) üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub.

“Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov Azərbaycan və Türkiyə innovasiya ekosistemləri arasında qarşılıqlı təcrübə mübadiləsinin, startapların inkişafı və texnoloji təşəbbüslərin dəstəklənməsinin vacibliyini vurğulayıb.

Boğaziçi Universiteti Texnoparkının nümayəndələri – Mücahit Sak və Ayşe Aykanat əməkdaşlıq imkanlarını yüksək qiymətləndirərək, birgə layihələrin təşkili və startapların dəstəklənməsi sahəsində əməkdaşlığa maraqlı olduqlarını ifadə ediblər.

Tərəflər gələcəkdə birgə layihələrin reallaşdırılması, texnoloji təşəbbüslərin dəstəklənməsi və təcrübə mübadiləsinin genişləndirilməsi barədə razılığa gəliblər.

“Enterprise Azerbaijan” portalı ilə Boğaziçi Universiteti Texnoparkı arasında əməkdaşlıq imkanları müzakirə edilib