“Enterprise Azerbaijan” portalı "IDDA Awards" müsabiqəsində finaldadır
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Enterprise Azerbaijan” portalı “IDDA Awards” müsabiqəsində “İlin Ekosistem Oyunçusu” nominasiyasında finala yüksəlib.
Müsabiqənin ictimai səsvermə mərhələsi başa çatıb. Səsvermə nəticələrinə əsasən, “Enterprise Azerbaijan” finala keçən 5 namizəddən biridir. Bu, ekosistem iştirakçılarının və ictimaiyyətin platformaya göstərdiyi etimadın nəticəsidir. Finalda isə namizədlər münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
“Enterprise Azerbaijan” portalı ölkəmizdə innovasiya və sahibkarlıq ekosisteminin inkişafına mühüm töhfələr verir. Portal startapların potensialının artırılması, onların qlobal bazarlara çıxış imkanlarının genişləndirilməsi, innovativ layihələrin reallaşdırılması, beynəlxalq tərəfdaşlıqların qurulması, investisiya cəlbediciliyinin gücləndirilməsi, startap–investor əlaqələrinin təşviqini həyata keçirir. Bu fəaliyyətlər “Enterprise Azerbaijan”ı həm yerli, həm də beynəlxalq səviyyədə innovasiya ekosisteminin aparıcı oyunçularından birinə çevirir.
Portalın “Startup School 3” layihəsi çərçivəsində həyata keçirilən “Yaşıl və Rəqəmsal İpək Yolu” beynəlxalq akselerasiya proqramı 2025-ci ildə ən geniş əhatəli və təsirli təşəbbüslərdən biri kimi yadda qalıb. Proqram yüzlərlə startapın inkişafına, qlobal mentor şəbəkəsinə çıxışına və yaşıl-rəqəmsal transformasiya sahəsində yeni həllərin formalaşmasına təkan verib.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib