“Enterprise Azerbaijan” portalı “IDDA Awards 2025” müsabiqəsində “İlin Ekosistem Oyunçusu” nominasiyasında yarışır
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalı “IDDA Awards 2025” – innovasiya liderləri müsabiqəsində “İlin Ekosistem Oyunçusu” (Ecosystem Player of the Year) nominasiyası üzrə 11 namizəd arasında yarışır.
“IDDA Awards” – İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (IDDA) tərəfindən təsis edilən mükafatdır. Bu təşəbbüs ölkənin innovasiya ekosisteminin inkişafına töhfə verən fərd və təşkilatların fəaliyyətini tanıtmaq, ekosistemin ən perspektivli innovatorlarını önə çıxarmaq, onların fəaliyyətinə dəstək olmaq, həmçinin innovasiya sahəsində sağlam rəqabət və maraq mühiti formalaşdırmaq məqsədi daşıyır.
Bu il “IDDA Awards” üzrə mükafatlandırma 8 nominasiya üzrə həyata keçirilir. Müsabiqə ictimaiyyət üçün açıqdır, hər kəs müvafiq nominasiyalara uyğun meyarlara cavab verən məlumatları təqdim etməklə iştirak üçün müraciət edə bilər.
“Enterprise Azerbaijan” portalı innovasiya, sahibkarlıq və rəqəmsal iqtisadiyyat sahəsində həyata keçirdiyi təşəbbüslərlə ekosistemin inkişafına mühüm töhfə verən milli platformadır. Portal innovativ ideyaların reallaşdırılması, startapların və sahibkarların dəstəklənməsi, həmçinin beynəlxalq əməkdaşlıqların genişləndirilməsi istiqamətində fəaliyyət göstərir.
Hazırda ictimai səsvermə mərhələsi davam edir və 27 noyabr 2025-ci il tarixində yekunlaşacaq.
İstənilən şəxs https://awards.idda.az/az saytına daxil olaraq “İlin Ekosistem Oyunçusu” nominasiyası üzrə “Enterprise Azerbaijan” portalına səs verə bilər.
“Enterprise Azerbaijan” ölkə innovasiya ekosisteminin formalaşmasında və inkişafında aktiv iştirakını davam etdirir. Cari il ərzində portalın "Startup School 3“ layihəsi çərçivəsində 125 startap komandası təlim sessiyalarına cəlb edilib, onlara müxtəlif istiqamətlər üzrə (yaşıl iqtisadiyyat, süni intellekt, rəqəmsallaşma, əqli mülkiyyət və patentləşmə, marketinq, satış strategiyaları, biznes və məhsul inkişafı, liderlik və komanda idarəetməsi və s.) 45 saatlıq təlimlər verilib.
Müsabiqədə “Enterprise Azerbaijan”a səs verməklə portalın startap ekosistemində məhsuldar fəaliyyətinə və inkişafına dəstək ola bilərsiniz.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu