Enterprise Azerbaijan: "Demo Day" tədbirinə iki gün qaldı
“Enterprise Azerbaijan” portalının təşəbbüsü ilə keçirilən “Startup School 3” layihəsi çərçivəsində "Yaşıl və Rəqəmsal İpək Yolu" beynəlxalq akselerasiya proqramı uğurla finala yaxınlaşır.
Proqrama müxtəlif ölkələrdən – Azərbaycan, Türkiyə, Pakistan, Gürcüstan, Qırğızıstan, Cənubi Koreyadan 140 startap müraciət edib. İlkin qiymətləndirmədən sonra onlardan 126 komanda akselerasiya proqramına qəbul edilib. 126 komandadan ən yaxşı 30 startap isə (Azərbaycan, Pakistan və Türkiyədən olan) "Demo Day"də iştirak hüququ qazanıb.
Akselerasiya proqramının yerli və qlobal ekosistemdən 5 vençur fondu (ABŞ, Türkiyə, Pakistan, Malta və Azərbaycan) olmaqla, 35-dən çox tərəfdaşı mövcuddur.
"Yaşıl və Rəqəmsal İpək Yolu" beynəlxalq akselerasiya proqramının "Demo Day" tədbiri 21 Noyabr 2025-ci il tarixində, saat 10:00-17:00 arası Azərbaycan İnnovasiya Mərkəzində (Bakı, Atatürk prospekti 93) təşkil ediləcək.
"Demo Day"də iştirak edən startaplar vençur fondların nümayəndələri tərəfindən qiymətləndiriləcək. Bu isə onların beynəlxalq bazara çıxmaq və investisiya almaq imkanı qazanmasına şərait yaradacaq.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib