“Elektron ticarət: Azərbaycan və Rusiyanın ən yaxşı təcrübəsi” mövzusunda müzakirə keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalının tərəfdaşlığı ilə ixracatçı sahibkarlara Rusiya bazarında “Elektron ticarət: Azərbaycan və Rusiyanın ən yaxşı təcrübəsi” mövzusunda onlayn müzakirə keçirilib.
Müzakirə zamanı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalının rəhbəri Ayxan Qədəşov portalın fəaliyyəti, funksionallığı barədə sahibkarlara ətraflı məlumat verib. Portalın yerli malların vahid məlumat bazası,rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların xarici bazarlarda “Made in Azerbaijan” brendi adı altında təşviqi təcrübəsi maraqla qarşılanıb. Rusiya Federasiyasının Ticarət və Sənaye Palatasının elektron ticarətin inkişafı Şurası ilə Azexport portalı arasında tətbiq olunan uğurlu yeni elektron nümunələrin qarşılıqlı hər iki ölkədə tanıdılmasına dair ilkin razılıq əldə olunub. Əməkdaşlığın davamlı olması üçün bu istiqamət üzrə fəaliyyət göstərən azərbaycan-rus ixracatçılarının iştirakı ilə birgə seminarların keçirilməsi zəruri hesab olunub.
Qeyd edək ki, onlayn müzakirə Azərbaycanın Rusiya Federasiyasındakı Ticarət Nümayəndəliyinin Biznes Klubunun təşəbbüsü, Azərbaycanın Rusiya Federasiyasındakı ticarət Nümayəndəsinin Aparatının, Azərbaycan Beynəlxalq Bankının təmsilçilərinin, Azərbaycan və Rusiya iş adamlarının iştirakı ilə keçirilib. Azərbaycanın Rusiya Federasiyasındakı ticarət nümayəndəsi Ruslan Əliyev müasir dövrdə elektron ticarətin mal və xidmətlərin həm daxili, həm də xarici bazarlardakı istehlakçılara çatdırılması ilə bağlı artan rolu, bu sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyəti haqqında iştirakçılara məlumat verib. Azərbaycan Beynəlxalq Bankının aparıcı mütəxəssisi Nicat Cəfərov isə sahibkarları müvafiq bank məhsulları haqqında məlumatlandırıb.
Tədbir çərçivəsində iki ölkənin iş adamları arasında elektron ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib, ixracatçıları maraqlandıran suallar cavablandırılıb.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib