Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin genişləndirilməsi üçün maliyyə əlçatanlığının təmin olunmasına dair görüş keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması, təşviqi ilə bağlı qiymətləndirmələrin aparılması, təkliflərin hazırlanması və həyata keçirilməsi üzrə 2022-ci il üçün Yol Xəritəsi”ndə ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin genişləndirilməsi üzrə maliyyə əlçatanlığının təmin olunmasına dair görüş keçirilib. Bildirilib ki, bu sahədə aidiyyəti normativ aktlara dəyişikliklərin edilməsi və Azərbaycan Banklar Assosiasiyası vasitəsi ilə geniş tədbirlər nəzərdə tutulub.
İİTKM-də təşkil olunan müzakirə zamanı qeyd edilib ki, tədbirlərin icrası istiqamətində Azərbaycan Respulbikasının Mərkəzi Bankı tərəfindən “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair” Qaydada müvafiq dəyişikliklər edilərək, elektrik mühərrikli və hibrid avtomobillərə verilən kreditlər üzrə borcalanlar tərəfindən ödənilməli olan ilkin ödənişlərlə bağlı differensial yanaşma tətbiq olunub. Ekoloji təmiz avtomobillərdən istifadənin stimullaşdırılması məqsədilə mühərrik növündən (elektrik, hibrid, yanacaq) və istehsal ilindən asılı olaraq avtomobillər üzrə yeni requlyativ tələblər müəyyən edilib, habelə qüvvədə olan qaydada avtomobilin qiyməti üzrə limit tələbi ləğv edilib. İstehsal müddəti 3 ilədək olan elektrik mühərrikli avtomobillər üçün ilkin ödəniş minimum 10% (kredit təminata nisbəti max. 90%), 3 ildən yuxarı istehsalı olan elektrik mühərrikli avtomobillər üçün ilkin ödəniş minimum 40% (kredit təminata nisbəti max. 60%) müəyyən olunub. Hibrid mühərrikli avtomobillər üçün isə istehsal müddəti 1 ilədək, 1-3 il və 3 ildən yuxarı olan avtomobillər üçün ilkin ödəniş müvafiq olaraq minimum 20%, 40% və 50% müəyyən edilib.
Yol Xəritəsinə müvafiq olaraq sözügedən yeniliklər həm layihələndirmə mərhələsində, həm də qaydalar qüvvəyə mindikdən sonra Azərbaycan Banklar Assosiasiyası ilə birgə kommersiya bankları ilə müzakirə edilib, onların rəyləri nəzərə alınıb.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib