“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun növbəti iclası keçirilib
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun videokonfrans formatında növbəti iclası keçirilib.
İclasda Azərbaycan Respublikası Mərkəzi Bankının, Maliyyə Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Dövlət Neft Fondunun, Dövlət Statistika Komitəsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məsul şəxsləri, eləcə də ictimai təşkilatların nümayəndələri iştirak edib.
İclasda işçi qrupunun 2025-ci il üzrə təsdiq edilmiş fəaliyyət planının icrası istiqamətində III rübdə görülmüş işlər barədə hesabatlar dinlənilib. Hesabatlar büdcə şəffaflığının təmin edilməsi, borc dayanıqlılığı, dövlət tənzimlənməsi yükü, monetar azadlıq, qlobal innovasiyalar indeksi, təbii resursların effektiv idarə edilməsi və s. kimi məsələləri əhatə edib. Müzakirə zamanı qeyd olundu ki, hesabat dövründə fəaliyyət planına uyğun olaraq görülmüş işlər barədə məlumatlar müvafiq qurumların rəsmi internet səhifələrində, eləcə də sosial şəbəkə platformalarında geniş işıqlandırılıb. İclasda eyni zamanda işçi qrupunun 2026-cı ilə fəaliyyət planının hazırlanması ilə bağlı ilkin fikir mübadiləsi aparılıb.
İşçi qrupunun rəhbəri, Mərkəzi Bankın Pul siyasəti departamentinin direktoru Azər Ələsgərov müzakirələrin yekununda 2025-ci ilə təsdiq edilmiş fəaliyyət planının icrası istiqamətində işlərin davam etdirilməli və 2026-cı ilə fəaliyyət planının cari ilin nəticələri nəzərə alınmaqla hazırlanmalı olduğunu bildirib.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib