ƏƏSMN-də 2027–2030-cu illərə dair yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib
“Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış İnklüziv sosial inkişaf və sosial təminat üzrə Alt İşçi qrupun növbəti iclası keçirilib.
İşçi qrupun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən biri olan “Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət” Milli Prioriteti aparılan ardıcıl sosial islahatların əsas məramını təşkil edir.
O, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində əldə edilən irəliləyişləri, əməkhaqqı, pensiya və digər sosial ödənişlərdəki ciddi artımları diqqətə çatdırıb. Bildirilib ki, bu istiqamətdə islahatların davam etdirilməsi 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası üçün də əsas hədəflərdən olacaq.
İclasda yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim olunub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ayaz Museyibov və İqtisadi təhlil şöbəsinin müdir müavini Elnur Ələkbərov layihə ilə bağlı müzakirələrdə iştirak ediblər.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib