“ECOM Azerbaijan 2022” adlı beynəlxalq konfransda 300-dən artıq iştirakçı olacaq
Dekabr ayının 16-da Bakı şəhərində keçiriləcək elektron ticarətə dair “ECOM Azerbaijan 2022” adlı beynəlxalq konfransda iştirakçı sayı və çıxış edəcək spikerlər tam dəqiqləşib. Qeyd edək ki, PAŞA Bank və Türkiyənin tanınmış Trendyol ticarət platformasının əsas təşkilatçılığı ilə reallaşdırılacaq. Konfransda Türkiyə və Azərbaycanın elektron ticarət və rəqəmsal marketinq sahəsində fəaliyyət göstərən ən nüfuzlu şirkətləri iştirak edəcəklər. Bu şirkətlər sırasına “Eticaretmerkezim”, “Içerikler.com”, “Triton Consulting” platinium sponsorlar, “Segmentify”, “Turkiyeden Dijital”, “Click & Count”, “Sipay” qızıl sponsorlar kimi qatılacaq. Beynəlxalq konfransın tərəfdaşları “Payriff”, “Azexport”, media partnyorları isə “Infocity” və “Marja”dır.
Beynəxalq konfransda 20-ə yaxın yerli və xarici spiker çıxış edəcək. Bu spikerlər dünyada elektron və rəqəmsal ticarət üzrə və tanınan mütəxəssislərdir. Beynəlxalq konfransda açılış nitqlərinin ardınca “E-Ticaret Merkezim & Türkiyeden Dijital”-in icraçı direktoru Serkan Koç “Dünyadakı e-ticarət trendləri və uğur qazanmağın sirləri”, “Sipay”-ın icraçı direktoru Semih Muşabak “E-ticarətdə doğru ödəniş infrastrukturunun seçilməsinin əhəmiyyəti”, “Joygame & Publicis Groupe” əvvəlki içracı direktoru Özberk Ölçer isə “Sosial mediada qazandıran strategiyalar” mövzularında çıxışlar edəcəklər.
“ECOM Azerbaijan 2022” adlı beynəlxalq konfransda E-ticarətin bütün sahələri əhatə olunacaq. Bura “Nağdsız ödənişlərin üstünlükləri”, “Fərdi marketinq”, “Azərbaycanda e-ticarətdə innovativ ödəniş sistemlərinin gələcəyi” adlı müzakirələr də daxildir.
“ECOM Azerbaijan 2022” adlı beynəlxalq konfrans haqqında bütün məlumatları https://www.ecomazerbaijan.com internet səhifəsindən əldə etmək olar.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib