e-estonia.com portalı Azərbaycanda m-rezidentlik barədə məqalə yerləşdirdi
Estoniyanın tanınan e-estonia.com portalı dünyada ilk dəfə Azərbaycanda təqdim olunan m-rezidentlik proqramının tətbiqi, əhatə dairəsi və inkişaf perspektivləri barədə məqalə dərc edib. Məqalədə bildirilir ki, İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin Rəqəmsal Ticarət Qovşağı (Digital Trade Hub) tərəfindən təqdim edilən m-rezidentlik dünyada yalniz iki ölkədə - Estoniya və Azərbaycanda tətbiq olunur. Bu proqram biznesin inkişafı üçün innovativ rəqəmsal imkandır. Məqələdə qeyd olunub ki, mobil rezidentlik dünyanın istənilən nöqtəsində olan sahibkar üçün biznes fəaliyyətinin sərhədsiz, əziyyətsiz və risk olmadan həyata keçirilməsi üçün unikal imkandır. Sahibkarlar mobil rezidentlik vasitəsi ilə virtual kimlik əldə edirlər, bank xidmətlərindən yararlanırlar, eləcə də tam ödənişsiz şəkildə şirkət qeydiyyatı aparmaq imkanı əldə edirlər.
Məqalədə həmçinin qeyd olunur ki, Estoniyanın B.EST Solutions şirkətinin dəstəyi ilə həyata keçirilən layihə qısa müddətdə dünyanın onlarla ölkəsində geniş istifadə olunur.
Məqalə ilə təqdim olunan link vasitəsiylə tanış ola bilərsiniz: https://bit.ly/2X2WcCu








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib