Dünya Bankı İİTKM -də təlim keçirdi
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Strateji Yol Xəritələrinin monitorinqi və qiymətləndirilməsinin dəstəklənməsi üzrə təlimlər yekunlaşıb. Təlimi Dünya Bankının dövlət sektoru üzrə mütəxəssis və tapşırıq qrupunun rəhbəri Yelena Gergieva-Andonovska, monitorinq və qiymətləndirmə üzrə məsləhətçi Anet Rixter, proqram üzrə köməkçi Nigar Sadıqova keçiriblər. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Dünya Bankına müraciəti əsasında təşkil olunan təlimdə Mərkəzin bütün departamentinin əməkdaşları beynəlxalq təcrübəni bölüşüblər. Təlimdə xüsusilə qeyd olunub ki, monitorinq və qiymətləndirmə strateji idarəetmənin mühüm tərkib hissədir. İİTKM-in tətbiq etdiyi təkmil monitorinq və qiymətləndirmə hesabatlılıq və şəffaflığın artırılması, həmçinin açıq hökümət prinsipinin tətbiqi nöqteyi-nəzərindən əhəmiyyətlidir.








Ekspert yazıları
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025