Dünya Bankı Azərbaycanda fiskal islahatları dəstəkləyəcək
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı ilə ölkəmizdə səfərdə olan Dünya Bankının nümayəndələri - İdarəetmə üzrə baş mütəxəssis və tapşırıq qrupunun rəhbəri İan Hokesvorz, Dövlət idarəçiliyi üzrə baş mütəxəsis Robin Van Kipperluis, ekspert Benedikt Brauman və iqtisadçı Samirə Qasımova arasında görüş keçirilib.
Görüşdə “Azərbaycanda ortamüddətli xərclər çərçivəsi potensialının gücləndirilməsi proqramının (MTEF CBP)” həyata keçirilməsinə dair müzakirələr aparılıb.
V. Qasımlı Azərbaycanda ortamüddətli xərclər çərçivəsinin tətbiqinə Strateji Yol Xəritəsinin hədəf indikatorlardan biri olaraq başlanılması, fiskal dayanıqlılığının təmin edilməsi istiqamətində qəbul edilən qanunlar və fiskal qaydalar barədə qonaqlara ətraflı məlumat verib. Eyni zamanda, bu sahədə Mərkəzin rolu, həyata keçirdiyi fəaliyyətlər, monitorinq və qiymətləndirmə ekosisteminin strateji planlaşdırmaya töhfəsi, həmçinin, bu proseslərdə kommunikasiyanın əhəmiyyəti və potensial quruculuğu üzrə görülən işlər haqqında danışıb.
Görüşdə İ.Hawkesworth iqtisadi islahatların idarə olunması, icra prosesinin təmin edilməsi və strateji idarəetmənin tətbiqində ortamüddətli xərclər çərçivəsinin əhəmiyyətini vurğulayıb. Sonda qonaqlara Mərkəzin fəaliyyətinə dair icmallar təqdim edilib.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib