Dövlət satınalmaları sahəsində aparılan islahatlara dair müzakirələr aparılıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın nəzdində fəaliyyət göstərən “Əmtəə bazarlarının səmərəliliyi və rəqabət işçi qrupu” ilə birlikdə dövlət satınalmaları sahəsində aparılan islahatlara dair müzakirələr aparılıb.
İqtisadi İslahatlarin Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahat tədbirləri haqqında ətraflı məlumatlar verib. Daha sonra müzakirələr əsasən dövlət satınalmalarını tənzimləyən qurumların prosesə inteqrasiyası, texniki həllər və kommunikasiya sahəsində qarşıda duran vəzifələrin həyata keçirilməsi yolları barədə olub.
Xatırladaq ki, dövlət satınalmaları prosesinin elektron qaydada həyata keçirilməsi üçün vahid internet portalı yaradılıb, həmçinin satınalan təşkilatların tenderdə iştirak prosedurları sadələşdirilib və müraciətlərə baxış günləri minimuma endirilib. Bununla da Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət satınalmaları sahəsində aparılan islahatlar, həmçinin, “Dövlət satınalmaları haqqında” qanunun qüvvəyə minməsi ilə Azərbaycan Respublikasında dövlət satınalmalarının iqtisadi, hüquqi və təşkilati əsaslarını müəyyənləşdirir, satınalmalar zamanı dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərə (podratçılara) bərabər rəqabət mühiti yaradılması prinsipləri və qaydaları müəyyən edilib.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib